SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » ETSN nümayəndəliyinin MASALLI SAXTAKARLIĞI... - İTTİHAM

ETSN nümayəndəliyinin MASALLI SAXTAKARLIĞI... - İTTİHAM

Tarix:

28-10-2021, 09:35

/ 569 dəfə oxundu.
ETSN nümayəndəliyinin MASALLI SAXTAKARLIĞI... - İTTİHAM


Masallı Regional Meşə Meşə Təsərrüfatı Mərkəzinin (MRMTM)-nin əməkdaşlarının redaksiyamıza verdiyi məlumata əsasən akt yazmada və sənətləşmədə bir başa saxtakarlıqlara yol verilir
.
-Meşələrin İnkişafı Xidmətindən (MİX) gələn əmrlər aidiyyatı üzrə düzgün dərkənar yazılmır.
Məsələn, əmrdə "ərazinin koordinatlarının vurulub çıxarılması" göstərilir, amma MRMTM-nin direktoru Adəm İsmiyev sözügedən əmrin üzərinə dərkənar yazaraq ya baş meşəbəyi Faiq Əmişov, ya da baş mühafizə mühəndisi Abturab Bağırovun üzərlərinə yazır və istəmir ki, kimsə bu əmrdən xəbər tutsun.
Halbu ki, bu iki şəxsin GPS aləti varmı koordinat vursun. Bu, bir başa kadastrın işidir.

-Bu il MİX-dən MRMTM-də olan mal-qara tövlələri barədə 2 əmr daxil olub, o əmrin birinin üzərinə dərkənar direktor müavini F.Əmişov, o birisinin isə F.Əmişovla A.Bağırovu yazıb. Məgər bunların əllərində GPS alətini var və bunlar sərhədləri müəyyən edirlərmi?!

Bəs o zaman o sözügedən əmrlərin üzərinə dərkənar vaxtilə Mərkəzdə çalışan kadastr üzrə baş mühəndis Kərəm Ağayevin üzərinə niyə yazılmayıb?!

-2021-ci ildə MRMTM-də 2 dolayda mal-qara tövlələri və bir başqa (Qəriblər ) meşəbəylikdə isə mal-qara fermaların aktları yazılıb. O mal-qara tövləsinin birinə "xala xətrin qalmasın" deyə 150 manat civarında cərimə yazılıb, o birinə isə heç yazılmayıb. Qaldı ki, 100 baş iri buynuzlu mal-qara saxlanan (Qəriblər m. 2a saylı dolayında) fərmalara isə heç yazılmayıb. Akt yazılıb, amma məhkəməyə verilməyib. Bir sözlə nə olub, nə olmayıb. Hər şey aydındır. Bunlar, ferma və mal-qara tövlə sahiblərinə hələ-belə başa gəlməyib.

- Adəm İsmiyev belə bir sözü var "elə bir yüngül məbləğ cərimə yazın ki, qoy bizdən çıxıb getsin Məhkəməyə".

Cərimələr düzgün hesablanmır (yazılmır) və hamısı saxtadır.
Mal-qaranın dövlət meşə fonduna dəymiş ziyan hələ də ödənilmir.

Qarşı tərəfindən mövqeyin işığlandırmağa hazırıq. //azinfo.tv//

Şərhlər

XƏBƏR LENTİ