"Başımız müharibəyə qarışdı, pəncərəmizlə üzbəüz restoran tikdilər" - GİLEY
Sumqayıt şəhərində yaşayış binasının çox yaxınlığında restoran tikilir.
Bu barədə Yeniavaz.com-a müraciət edən şəhərin 45-ci məhəllə, bina 11/13-də yaşayan sakinləri bildirirlər ki, yaşıllığı məhv edərək, tikilən restoranın pəncərələri onların evlərinin pəncərələri ilə üzbəüzdür:
“Binamızın arxasından 10 metr aralıda balaca bir restoran var idi. Keçən il Vətən Müharibəsi başlayanda bu restoranın sol tərəfini tikdilər. Başda Prezident olmaqla, camaatın başı müharibəyə qarışdı, burada da restoranın sol tərəfi tikildi. Bu il də yenə eyni vaxtda, camaatın başı qarışıb Zəfər bayramına hazırlaşmağa, bunlar tikintini davam etdilər. Biz gedib müraciət etdik, xahiş elədik ki, açıqlama versinlər. Bildirdik ki, arxa tərəfə qapı, pəncərə düşməsin. Mənə söz verdilər ki, heç bir problem yoxdur. Həm də bura yaşıllıq idi, əksəriyyətini yox elədilər, gecə ağacları kəsib, yerini betonladılar. Bir də gördük ki, restoran bina ilə 5 metr məsafədədir. Pəncərəmizlə üzbəüz restoranın pəncərəsi açılır. O gün binamızda yanğın baş vermişdi, yanğın söndürən maşınlar həmin yerə girə bilmədi. Və ya sabah restoranda yanğın olsa, bizim bina da yanacaq. Qanuna görə belə iş olmaz. Biz ölkə başçısına, Fövqəladə Hallar Nazirliyinə, Daxili İşlər Nazirliyinə, Sumqayıt Şəhər İcra Hakimiyyətinə şikayət ərizəsi hazırlamışıq. Xahiş edirik, bu işə nəzarət edilsin”.
Bina sakinlərinin redaksiyamıza göndərdiyi fotoları təqdim edirik:




Sumqayıt Şəhər İcra Hakimiyyətindən Yeniavaz.com-a bildirildi ki, sakinlərin şikayəti ilə bağlı araşdırıb məlumat veriləcək.
XalqXeber.Az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...