SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Saxta yola pensiya düzəldəcəkdi... - Gəncədə DƏLƏDUZLUQ

Saxta yola pensiya düzəldəcəkdi... - Gəncədə DƏLƏDUZLUQ

Tarix:

6-10-2021, 10:25

/ 600 dəfə oxundu.
Saxta yola pensiya düzəldəcəkdi... - Gəncədə DƏLƏDUZLUQ


Gəncədə vətəndaşın etibarından sui-istifadə edərək, ona xəstəlik və əlillik təqaüdü düzəldəcəyi barədə yalançı vədlər verən şəxs sonda onun xeyli miqdarda pulunu dələduzluq yolu ilə mənimsəyib.

Bu haqda “Dünyanın Səsi“nə Yevlax rayonun da məskunlaşan Kəlbəcər sakini Həziyeva Yasəmən şikayət edib.

Şikayətçi qeyd edir ki,əslən Kəlbəcər rayonundan olan Gəncə şəhərində yaşayan Ələmdar adlı şəxsə 5700 azn miqdarında pul verib.Qarşılığında söz verib ki, qısa müddət ərzində sizə əlillik təqaüdü təyin etdirəcəm.Yasəmən Həziyeva bildiri ki, yuxarıda qeyd edilən məbləği Ələmdar adlı şəxsə 2019-cu ildə Gəncə şəhərində vermişdir. Deyilən vaxtdan xeyli müddət keçməsinə baxmayaraq hələ də sözügedən işbaz şikayətçinin nə pensiyasını təyin etdirib, nə də ki, almış olduğu məbləği geri qaytarmışdır.

Sonda məcburiyyət qarşısında qalan Kəlbəcərli xanım mətbuat vasitəsi ilə Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi genaeral-mayor Teymur Hacıyevdən ona qarşı dələduzluq edən şəxs barəsində qanuna uyğun olaraq ölçü götürlməsinə göstəriş verməsini rica edir.

Saxta pensiya düzəldən işbazın Audio səs yazısını təqdim edirik:

Şərhlər

XƏBƏR LENTİ