Səhər saatlarında nazir Muxtar Babayevə görə hər gün Bakı-Sumqayıt yolunu bağlayırlar?! – VİDEOFAKT
Sürücülər bu gün səhər saatlarında Əliağa Vahid küçəsinin Bakı-Sumqayıt yoluna birləşən hissəsində (Masazır dairəsində) yaranan tıxaca səs siqnalından istifadə edərək etiraz ediblər.
Bu barədə redaksiyamıza məlumat verən sürücülər, iddia edirlər ki, sözügedən yolda nəqliyyat vasitələrinin hərəkəti Dövlət Yol Polisi əməkdaşları tərəfindən hər gün səhər saatlarında məhdudlaşdırılır. Onlar iddia edirlər ki, buna səbəb nazirlərdən birinin günün o saatlarında Bakı-Sumqayıt yolundan istifadə etməsidir.
Sürücülərin redaksiyamıza təqdim etdiyi kadrlarda nəqliyyat vasitələrinin dayandırıldığı və yolun digər hissəsinin açıq olduğu müşahidə olunur. Onlar həmçinin, yaranan tıxaca səs siqnallarından istifadə edərək etiraz etmələrinin əks olunduğu kadrları da redaksiyamıza təqdim ediblər:
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, avtonəqliyyat vasitələrinin hərəkətinin hansısa vəzifəli şəxsə görə məhdudlaşdırılması ilə bağlı iddialar həqiqəti əks etdirmir: "Tamam yalan və uydurmadır. Tıxaclar tək o yolda deyil. Səhər mən tamam başqa yolla işə gəlirəm, o yolda da tıxac olur. Hansı ki, o yoldan heç bir məmur istifadə etmir. Tıxacların yaranmasına səbəb ilk növbədə sürücülərin özləri və yolun infrastrukturundakı nöqsanlardır. Sürücülər o tıxacın səbəbini birinci növbədə özlərində axtarmalıdırlar. Səhər pik saatlarda şəhərin bütün yollarında bu cür tıxaclar olur".
Baş Dövlət Yol Polisi İdarəsinin İctimai Qurumlarla Əlaqə şöbəsinin rəisi Namidan Piriyev isə sözügedən yolda tıxacın yaranma səbəbini Masazır dairəsinə bir neçə istiqamətdən avtomobillərin daxil olmasını göstərib. O da sözügedən yolda hər hansı vəzifəli şəxsə görə nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması ilə bağlı iddiaların həqiqəti əks etdirmədiyini bildirib.
Qeyd edək ki, sürücülərdən aldığımız məlumata görə, səhər saatlarında Əliağa Vahid küçəsinin Bakı-Sumqayıt yoluna birləşən hissəsində (Masazır dairəsində) yaranan tıxaca səbəb Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevin bu yoldan istifadə etməsidir.
Onu da bildirək ki, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev 2010–2018-ci illərdə SOCAR-ın Sumqayıtda yerləşən "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri vəzifəsində çalışıb. Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Sumqayıt şəhərində yaşayır.
Xatırladaq ki, bu ilin fevral ayında da sürücülər həmin ərazidə yaranan tıxaca görə redaksiyamıza müraciət etmiş və yüksək vəzifəli məmurun Bakı-Sumqayıt yolundan istifadəsinə görə nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırıldığını iddia etmişdilər.
Amia.az

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub