Beyləqanda 1 milyonu udan “Vaqif” firması vergidən də yayınıb -ARAŞDIRMA

Beyləqandakı mal bazarının yiyəsi Qəhrəman Qəhrəmanovun qanuni təmsilçisi olduğu “Vaqif” firmasının fəaliyyətindəki qanunsuzluqlar haqqında “Realmedia.az” saytında gedən tənqidi məqalələrdə ehtiva olunan məsələlər rəsmən təsdiqini tapıb və tapmaqda da davam edir.
Eyni zamanda bildirilir ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə hal-hazırda “Vaqif” firmasının fəaliyyəti üzrə növbəti səyyar vergi yoxlaması təyin olunmuşdur. Yoxlama ilə aşkar ediləcək vergi hüquqpozuntusu faktlarına görə qanunamüvafiq tədbirlərin görülməsi təmin ediləcəkdir.
P.S. “Realmedia.az” saytı olaraq ümid edirik ki, “Vaqif” firmasında keçiriləcək növbəti səyyar yoxlamanın nəticəsi barədə də məlumat ala biləcəyik. Tərəfimizdən Qəhrəmanovun korrupsiyanın qohumbazlıq növündən faydalandığı, dövlətə, dövlətçiliyə ziyan vurması faktlarının da cinayət təqibi orqanlarında rəsmən təsdiqlənməsi istiqamətində işlər davam etdirilməkdədir.
RealMedia.az XalqXeber.Az