Təhsil Şöbəsi sosial məzuniyyətdə olan müəllimin dərs saatlarını vakansiyaya çıxarmır – ŞİKAYƏT
Ucar rayon Qəzyan kənd 1 saylı tam orta məktəbin Fizika müəllimi sosial məzuniyyətdə olduğu halda, dərs saatlarının vakansiyası təmin edilməyib.
Bu barədə KanalS.az-a şikayət məktubu daxil olub. Şikayətdə bildirilir ki, Ucar rayon Qəzyan kənd 1 nömrəli orta məktəbdə fizika dərsi keçən il 24 saatlıq dərs vakansiya çıxarılmadı. Əvəzində qonşu kənddən fizika müəllimə gətirildi.
Məsələ ilə bağlı Ucar rayon Qəzyan kənd 1 nömrəli tam orta məktəbin direktoru Ramiz müəllimlə əlaqə saxladıq. Direktorun dediyinə görə, vakansiyanı təhsil şöbəsinə verib. Buna baxmayaraq Ucar rayon təhsil şöbəsi 20 saat fizika dərslərini gizlədərək vakansiyaya çıxarmayıb.
Əldə etdiyimiz məlumata görə, rayon Təhsil Şöbəsi bildirib ki, vakansiyanı ona görə çıxarmamışıq ki, ətraf məktəblərdən daha yüksək bal toplayan fizika müəllimini dəvət edəcəyik.
KanalS.az olaraq Ucar rayon Təhsil Şöbəsi ilə əlaqə saxlamağa çalışsaqda, telefonlarımıza cavab verən olmadı.
Burada bəlli olur ki, vakansiyaya çıxmayan dərs saatlarına gətirilən müəllimlə Təhsil Şöbəsi arasında vəsaitlərin paylanması baş verəcək.
Müəllim sosial məzuniyyətdə olduğu halda dərs saatları vakansiyaya çıxarılmasın?
Təhsil Nazirliyi bu məsələni araşdıracağına və ictimaiyyətə məlumat verəcəyinə əminik.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…
KanalS.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək