Lavrov Azərbaycan və Ermənistanın ritorikasının yumşalmasını vacib sayır
Biz liderlərin üçtərəfli formatda razılaşdığı sənədə sadiqik.
APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, hazırda söhbət imzalanmış sənədlərin icrasından, hər şeydən öncə etibarlı təhlükəsizliyin təmin olunmasından və inamın bərpasından gedir.
“Burada xüsusi rolu Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunması ilə bağlı Baş nazirlərin müavinləri səviyyəsində üçtərəfli işçi qrup oynayır. Bu, tərəflərin baş verənlərə daha konstruktiv yanaşmasına imkan verəcək. Bütün səviyyələrdə humanitar əlaqələrin genişlənməsini və hər iki tərəfin ritorikasının ciddi şəkildə yumşalmasını vacib hesab edirik. Bunun yekun nizamlanma üçün şərait yaradacağına şübhə etmirəm”, - deyə S. Lavrov

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək