SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Deputat Şəhid bulağı başında kef məclisi qurdu - QINANDI: - “Xalqa layiq olmayan...”

Deputat Şəhid bulağı başında kef məclisi qurdu - QINANDI: - “Xalqa layiq olmayan...”

Tarix:

20-05-2021, 09:07

/ 1 061 dəfə oxundu.
Deputat Şəhid bulağı başında kef məclisi qurdu - QINANDI: - “Xalqa layiq olmayan...”

Millət vəkili Mahir Abbaszadənin sosial şəbəkələrdə yayılan fotosu cəmiyyətdə böyük səs-küyə səbəb olub. Çəkiliş üçün Laçına gedən bir qrup rəsmi şəxs orada olan zaman kef məclisi qurub. Həmin bulağın sərin sularında özləri ilə götürdükləri araqlarını soyudan və eyş-işrətlə məşğul olan şəxslərin arasında Laçın rayonunun deputatı Mahir Abbaszadə, həmçinin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat katibi İbrahim Mirzəyev də var.
Deputatın arağını soyutduğu bulağın həmin şəhidin məzarından 5-6 metr aralıda yerləşməsi isə vəziyyəti daha çirkinləşdirir.
Görünür öz səfərlərindən və məclislərindən vəcdə gələn deputat və Komitə rəsmisi şəhidə, onun xatirəsinə hörmətsizlik etdiklərinin fərqinə varmayıblar.
Deputat baş verənlərlə bağlı açıqlama verərək, həmin bulağın şəhid bulağı olduğunu təkzib edib:
“Bakıdan gətirdiyimiz azuqə ilə orada adi nahar süfrəsi təşkil etmişik. Hətta bu, çəkiliş başlamamış olub. Çünki uzun yol gəlmişdik. Nahar edib, sonra çəkilişə başladıq. Süfrəmizdə spirtli içki olmayıb.
Bunu oradakı keçmiş döyüşçülər, müharibə veteranları, həmçinin digər TV kanallarının əməkdaşları da təsdiq edərlər. Yaxınlıqdakı bulaq da “Humay” bulağı adlanır, şəhid bulağı yox”.

Baş verənləri “Sherg.az”a dəyərləndirən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib ki, təsadüfi seçilən adamlar, milləti təmsil etmək imkanı olmayanlar, mədəniyyəti və dünyagörüşünə görə millətin ümumi inkişafını geridə qoyan şəxslər yuxarı vəzifələrə gəlirlər:

“Bir millət vəkilinin eyş-işrət məclisinin sosial şəbəkələrdə yayılması böyük qüsurdur. Çünki məmurların və dövlət xadimlərinin vəzifəsi və davranışları millətə nümunə olmalıdır. Amma baxırıq ki, məmurlar, dövlət xadimləri və deputatlar hər zaman millətin səviyyəsindən geri qalırlar. Bir deputatın eyş-işrət məclisində araq içməsi həm spirtli içkinin təbliği, həm də milləti təmsil edən adama layiq olmayan hərəkətidir. Bulağın şəhid bulağı ya da qeyri-şəhid bulağı olmasının məsələyə aidiyyəti yoxdur. Söhbət deputatın davranışından gedir. Guya şəhid bulağı olmasa, düzgün hərəkətdir?”.



Şərhlər

XƏBƏR LENTİ