XalqXəbər.Az

www.XALQXEBER.az » Gündəm » "Çin Karqo" şirkəti Silahlı Qüvvələr Günü ilə bağlı Azərbaycan Ordusunu təbrik edir

"Çin Karqo" şirkəti Silahlı Qüvvələr Günü ilə bağlı Azərbaycan Ordusunu təbrik edir

"Çin Karqo" şirkəti Silahlı Qüvvələr Günü ilə bağlı Azərbaycan Ordusunu təbrik edir
26-06-2020, 01:06

Xalqxeber.az xəbər verir ki, "Çin Karqo" şirkətinin rəhbəri, tanınmış nüfuzlu iş adamı Şamil Heydərov Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 102-ci ildönümü münasibətilə əsgər və zabitlərə təbrik ünvanlayıb.
Təbrikdə deyilir:
"Əziz həmvətənlər,
Ümummilli Lider Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı fərmanla 1918-ci ildə - Azərbaycan Xalq Cümhuriyyəti dövründə ilk əlahiddə Azərbaycan korpusunun yaradıldığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edilmişdir.
Bu gün Ulu Öndərin ordu quruculuğu, milli təhlükəsizlik siyasəti ilə bağlı başladığı işlər onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır.
Ölkəmizin müstəqilliyinin qarantı olan Milli Ordumuzun gündən-günə artan gücü və qüdrəti Azərbaycanın işğal altında olan torpaqlarının azad olunacağı günü bizə daha da yaxınlaşdırır.
"Çin Karqo" şirkətinin kollektivi Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan xalqını, başda Ali Baş Komandan, cənab Prezident İlham Əliyev olmaqla ordumuzun əsgər və zabit heyətini təbrik edir, yeni-yeni zəfərlər arzulayıram.
Azərbaycan Silahlı Qüvvəllərinin dəyərli əsgər və zabitləri!
102 il bundan öncə Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasından qısa bir vaxt sonra yaradılmış Azərbaycan Milli Ordusu çətin və şərəfli yol keçmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin və Milli Ordumuzun şərəfli tarixi xalqımızın döyüş ruhunu ölməyə qoymamış, şəhid və qazilərimizin qəhrəmanlıq səlnaməsi qan yaddaşımıza hopmuşdur.
Azərbaycan Milli Ordusu Azərbaycan dövlətilə birgə - səngərlərdə, döyüş meydanlarında doğulub. Bu baxımdan Milli Ordumuz dövlətçiliyimiz ilə yaşıddır.
Bu gün hər bir vətəndaşımızın və Milli Ordumuzun dəyanətli əsgər və zabitlərinin üzərinə ağır bir vəzifə düşür. Biz işğal altında olan torpaqlarımızı azad etməli, xalqımızın şərəfli qəhrəmanlıq tarixini yenidən yazmalıyıq. Biz bu vəzifənin öhdəsindən ləyaqətlə gəlməyə məhkumuq! Xalqımız qüdrətli Azərbaycan əsgərinin millətimizə tarixi qələbə sevinci yaşadacağına bütün varlığı ilə inanır və o, müqəddəs günü səbirsizliklə gözləyir.
Sizi bir daha bu böyük bayram münasibətilə təbrik edir, hər birinizə möhkəm cansağlığı, ruh yüksəkliyi və mübarizə əzmi arzulayıram”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.