SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Vilayət Eyvazovun 1 ili: DİN rəhbəri nələri dəyişdi?

Vilayət Eyvazovun 1 ili: DİN rəhbəri nələri dəyişdi?

Tarix:

20-06-2020, 23:10

/ 2 145 dəfə oxundu.
Vilayət Eyvazovun 1 ili: DİN rəhbəri nələri dəyişdi?

Bu gün – iyunun 20-də Vilayət Eyvazovun Azərbaycanın Daxili İşlər naziri təyin olunmasının 1 ili tamamlanır.

2018-ci ilin aprelindən başlayaraq prezident İlham Əliyev tərəfindən ölkədə aparılan kadr islahatının bu quruma da şamil olunacağı gözlənilirdi.

Artıq V.Eyvazov 1 ildir ki, DİN rəhbəridir və bu müddət ərzində polis sistemində kompleks, əhatəli dəyişikliklər həyata keçirib, müsbət addımlar atıb.
V.Eyvazov nazir vəzifəsinə təyinat aldığı gündən təşəbbüskarlıqla işə başlayıb. O, daxili işlər orqanlarının strukturuna yaxşı bələddir, şəxsi heyəti çox yaxşı tanıyır. Ona görə də təyinat kifayət qədər uğurlu oldu və etimadı doğrultmaqdadır.

V.Eyvazovun daxili işlər orqanlarında apardığı islahatlar artıq öz nəticəsini verməkdədir. Struktur dəyişiklikləri, yeni təyinatlar öz sözünü deyir.

Məsələn, Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəhbərliyi dəyişdirildi. Ötən zaman ərzində bu sahədə atılan addımlar və keçirilən əməliyyatların müsbət nəticələri oldu.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi dəyişdirildi. Nəticədə baş verə biləcək cinayətlərinin qarşının alınması yönündə yaxşı nəticələr əldə olundu.

Ümumiyyətlə, zabitlərin vətəndaşları qəbul etməsi, dinləməsi, yola salması forması dəyişib. Rayon polis idarələri rəislərinin, müavinlərinin vətəndaşların ərizə və şikayətlərinə baxması da müsbət mənada dəyişib. Vətəndaşlarla davranışların yüksək səviyyədə, etik çərçivələrdə olması təmin olunub.
Polis nəfərlərinin vətəndaşlarla davranışı da göz qabağındadır. Vilayət Eyvazov ona göstərilən etimadı tez bir zamanda doğrultdu.

Daxili İşlər Nazirliyi korrupsiya və rüşvətxorluğun qarşısının alınmasında, o cümlədən cinayətkar qrupların ifşa edilməsində də xüsusi peşəkarlıq nümayiş etdirir. Bu addımlar cəmiyyət tərəfindən müsbət qiymətləndirilir.
Koronavirus pandemiyası dövründə polis əməkdaşlarının xüsusi peşəkarlıq nümayiş etdirməsi diqqətçəkən məsələlərdəndir. Onlar mühüm prosesi həyata keçirirlər.

Şərhlər

XƏBƏR LENTİ