Əli Həsənov hökuməti belə aldadırmış - İDDİA
"Bu ilin yanvar ayında yaymış olduğum məlumat indi də aktualdır. Artıq prezidentin kecmiş köməkçisi Əli Həsənova bir neçə ittihamla cinayət işi acılıb və araşdırmalar davam etdirilir”.
Dominant.az xəbər verir ki, bunu jurnalist Taleh Xasməmmədov öz "Facebook" hesabında yazıb.
O, Əli Həsənovla bağlı daha bir yeyinti faktı barədə məlumat verib: “14 oktyabr 2019-cu il tarixdə keçirilən “Bakı Beynəlxalq Media Konfransı”na gələn 200 nəfərdən çox Türkiyə və digər ölkə nümayəndələrinin hər birinin gündəlik otel xərcləri 340 manat olduğu halda, Əli Həsənov bu məbləği 2800 manat olaraq “otkat” edib. Baxın, bir günlük otel xərcləri üçün 560 000 manat! İndi görün, bizim ölkənin taleyi kimlərin ümidinə qalıbmış”.
"Prezidentin hər il 22 iyul tarixində “Mətbuat Günü” ilə əlaqədar qəzetlərə ayırdığı 1 milyon manat Əli Həsənovla Vüqar Səfərlinin əlinə keçib və həmin məbləğin redaksiyalara çatmadığı aşkara çıxıb", - T.Xasməmmədov vurğulayıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...