Əli Həsənov hökuməti belə aldadırmış - İDDİA

Əli Həsənov hökuməti belə aldadırmış - İDDİA "Bu ilin yanvar ayında yaymış olduğum məlumat indi də aktualdır. Artıq prezidentin kecmiş köməkçisi Əli Həsənova bir neçə ittihamla cinayət işi acılıb və araşdırmalar davam etdirilir”.

Dominant.az xəbər verir ki, bunu jurnalist Taleh Xasməmmədov öz "Facebook" hesabında yazıb.

O, Əli Həsənovla bağlı daha bir yeyinti faktı barədə məlumat verib: “14 oktyabr 2019-cu il tarixdə keçirilən “Bakı Beynəlxalq Media Konfransı”na gələn 200 nəfərdən çox Türkiyə və digər ölkə nümayəndələrinin hər birinin gündəlik otel xərcləri 340 manat olduğu halda, Əli Həsənov bu məbləği 2800 manat olaraq “otkat” edib. Baxın, bir günlük otel xərcləri üçün 560 000 manat! İndi görün, bizim ölkənin taleyi kimlərin ümidinə qalıbmış”.

"Prezidentin hər il 22 iyul tarixində “Mətbuat Günü” ilə əlaqədar qəzetlərə ayırdığı 1 milyon manat Əli Həsənovla Vüqar Səfərlinin əlinə keçib və həmin məbləğin redaksiyalara çatmadığı aşkara çıxıb", - T.Xasməmmədov vurğulayıb.
Əli Həsənov hökuməti belə aldadırmış - İDDİA
Geri qayıt