SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Maska taxmağa hövsələsi çatmayanlar bunun bədəlini evdə qalmaqla ödəyəcəklər... - 5 şəhərdə həyat durdurulur...

Maska taxmağa hövsələsi çatmayanlar bunun bədəlini evdə qalmaqla ödəyəcəklər... - 5 şəhərdə həyat durdurulur...

Tarix:

5-06-2020, 11:47

/ 1 010 dəfə oxundu.
Maska taxmağa hövsələsi çatmayanlar bunun bədəlini evdə qalmaqla ödəyəcəklər... - 5 şəhərdə həyat durdurulur...

Azərbaycanda koronavirusa yoluxma halları sürətlə artmaqda davam edir. Vəziyyət həm hökuməti, həm də sadə vətəndaşları düşünməyə vadar edir. Bu xüsusda artıq yeni qaydalar işlənilir və Azərbaycanda ard-arda verilən qərarlarla yumşaldılan karantin rejimi yenidən sərtləşdirilir. Sərtləşdirilmənin səbəbini hökumət və ekspertlər vətəndaşların məsuliyyətsizliyində axtarırlar. Hesab edilir ki, Azərbaycanda insanlar karantin qaydalarına məhəl qoymadılar, maska taxmadılar, virusu ciddiyə almadılar. Bunun nəticəsində yoluxma sayı 25-dən 325-ə qədər qalxdı. Maska taxanda nəfəsləri daraldığını deyənlər, indi dörd divar arasında qalmağa məcburdurlar.

Belə ki, iyunun 4-də Nazirlər Kabineti Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə qərar verib.

Bununla bağlı baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək aşağıdakı məhdudiyyətlər tətbiq edilib.

Aşağıda qeyd edilənlər istisna olmaqla, bütün iş, xidmət, o cümlədən ticarət sahələri üzrə fəaliyyət dayandırılıb:

- siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilən dövlət orqanlarının (qurumlarının) və digər təşkilatların fəaliyyəti;

- xəstəxanalar və təcili tibbi yardım müəssisələrinin fəaliyyəti;

- sosial xidmət müəssisələrinin fəaliyyəti, o cümlədən əqli və hissiyat pozuntusu olan, habelə xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti;

- kommunal xidmətlər (su təchizatı və kanalizasiya, qaz təchizatı, istilik təchizatı, enerji paylanması, məişət tullantılarının yığılması və utilizasiyası);

- elektrik enerjisinin istehsalı və təchizatı;

- meliorasiya və su təsərrüfatı;

- rabitə xidmətləri; 1.1.8. teleradio yayımçılarının (televiziya və radio kanalları, kabel televiziyaları) fəaliyyəti;

- dəmir yolu, avtomobil, dəniz, hava nəqliyyatı ilə yük daşımaları;

- boru kəmərləri ilə nəqliyyatın təmin edilməsi fəaliyyəti;

- fasiləsiz istehsalat fəaliyyəti (istehsalat-texniki şərtlərə görə fəaliyyətinin dayandırılması mümkün olmayan müəssisələr);

- neft və qazın hasilatı, emalı, saxlanması və satışı;

- fəaliyyəti dayandırılmış iş və xidmət sahələrinin mühafizə və texniki təhlükəsizliyinin təmin edilməsi üzrə xidmətləri.

Bu Qərarın 1.1.1-1.1.13-cü yarımbəndlərində nəzərdə tutulan iş və xidmət sahələrində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslərin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilsin və onların həmin yerləri tərk etməsinə aşağıdakı müstəsna hallarda icazə verilib:

- həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda (təxirəsalınmaz tibbi yardım yalnız təcili tibbi yardım xidməti vasitəsilə);

- yaxın qohumların dəfnində iştirakla əlaqədar,

- Xüsusi təyinatlı, qəza-bərpa, təcılı tibbi yardım və fəaliyyətinə icazə verilmiş orqanlara (qurumlara) və təşkilatlara məxsus xidməti avtomobillər istisna olmaqla, bütün digər avtomobillərin və ictimai nəqliyyatın hərəkəti qadağan edilsin.

Bu Qərarın 1.1.1-1.1.13-cü yarımbəndlərində nəzərdə tutulan iş və xidmət sahələrində fəaliyyətin həyata keçırılməsi üçün yalnız zəruri və məhdud sayda işçilərin işə cəlb edilməsi təmin edilib.

Bu Qərarın 1.2.2-ci yarımbəndində göstərilən əsasla yaşayış yerini və ya olduğu yeri tərk etmək üçün hər bir şəxs Daxili İşlər Nazirliyinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsilə icazə almalıdır.

Bu Qərarın 1.1.1-1.1.13-cü yarımbəndləri ilə fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində işləyən şəxslərin hərəkətinə işəgötürən tərəfindən həmin şəxslər barədə məlumatlar elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir.

Bu Qərarın 1.2.1-ci və 1.2.2-ci yarımbəndlərinin tələblərinə riayət olunmasına nəzarət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir.

Sabahdan bu şəxslərin küçəyə çıxma icazəsi ləğv olunur

Bu Qərarın tələblərinin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər qanunla nəzərdə tutulmuş qaydada inzibati və cinayət məsuliyyəti daşıyırlar.

Həftəsonu qadağalarının iyunun 13-ü, 14-ü və 15-də də olması nəzərdə tutulur.

Baş nazir qeyd edib ki, xüsusi karantin qaydalarının yumşaldılmasından sonra əhali tələbləri daha çox pozdu: “Buna görə də virusa yoluxanların sayında ciddi artım oldu”.

Əli Əsədov xalqa müraciət edərək bildirib ki, qərarda göstərilən tələblərə riayət olunması məcburidir və mütləqdir. Xəstəliyin yoluxma halları digər şəhər və bölgələrdə artacağı hallarda sərt tədbirlər gələcəkdə həmin bölgələrdə də təkrarən tətbiq olunacaqdır. Qərarın icra olunmasına nəzarət Daxili İşlər Nazirliyinə həvalə olunub:

“Sonda bir daha bildirmək istəyirəm ki, görülən bütün tədbirlərin ali məqsədi vətəndaşlarımızın sağlamlığının və həyatının qorunmasıdır”, - deyə baş nazir bildirib.

Fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində işləyən şəxslərin və xidməti avtomobillərin hərəkətinə işəgötürən tərəfindən həmin şəxslər barədə məlumatlar elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol veriləcək.

Baş nazirin qərarına əsasən eyni zamanda dövlət əhəmiyyətli, həyat təminatlı müəssisələrin və qurumların, həmçinin fasiləsiz işləyən qurumların fəaliyyətləri zəruri hesab edilən işçilərini məhdud sayda cəlb etməklə tənzimlənəcəkdir.

2020-ci il 5 iyun tarixində Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində dövlət orqanları və qurumları üçün saat 14:00-dək qısaldılmış iş rejimi müəyyən edilib.

Azərbaycanda sərt karantin günlərində yoluxma enən xəttə keçmişdi və tibb sahəsi üzrə ekspertlər, həkimlər də bildirirdilər ki, bu gedişlə may ayında Azərbaycanda koronavirusa yoluxma sıfıra enəcək. Bütün bu söhbətlərin fonunda aprelin 27-də ölkədə ilk dəfə xüsusi karantin rejimi yumşaldıldı. Lakin tövsiyə edildi ki, insanlar karantin qaydalarına riayət edib, sosial məsafə saxlasınlar. Qərardan sonra dərzi, kitab satışı, geyim və digər mağazalar fəaliyyətə başladı. İnsanlara evdən çıxmaq üçün icazə limiti 3 saata qaldırıldı. Artıq bununla da əhalinin bir qismi yenidən şəhərə çıxmağa başladı. Bu yumşalmadan sonra 8-ci kilometr bazarında bağlı qalan mağazaların hamısı açıldı, bazarda insan əlindən yer olmadı və mayın 5-dən etibarən gündəlik qeydə alınmış yoluxma sayı 80-ə yaxınlaşdı. Mayın 9-da 143 yoluxma qeydə alındı və o gündən sonra artım tempi davam edir...

Türkiyədə yaradılmış Operativ Qərargahın üzvü, tibb üzrə professor Tevfik Özlü Real TV-nin canlı yayımına qoşularkən deyib ki, Türkiyə həftə sonları hərəkətə, eləcə də küçəyə çıxmağa qoyulan qadağalarla yoluxma və ölü sayının azalmasına nail oldu. Professorun sözlərinə görə, bu, o demək deyil ki, həftə sonu evdə oturub, həftə içi küçəyə çıxmaq lazımdır:

“Türkiyədə yoluxma qeydə alındığı gündən həftə sonu qadağaları tətbiq edilir. Yoluxma sayı azalmağa doğru getdiyi üçün bu həftə sonu bu qadağa tamamilə aradan qalxa bilər. Ancaq Türkiyədə indi də 65 yaşdan yuxarı və 20 yaşdan aşağı olanlara küçəyə çıxma qadağası var. Türkiyə yoluxmaya nəzarəti bu yolla ələ almağı bacardı”.

T.Özlü bildirib ki, insanlar mümkün olduğu qədər həm həftə sonu, həm də həftə içi küçəyə çıxmamalıdır.

Azərbaycanda da oxşar sistem tətbiq edilir. Ekspertlər, ictimai şəxslər hesab edirlər ki, əgər qaydalara ciddi qaydada əməl edilərsə, Azərbaycanda da yoluxma sayında kəskin azalma görünəcək.

Onu da qeyd edək ki, hazırda bizimlə qonşu olan ölkələr içərisində ən çox yoluxma hadisəsi Rusiyada qeydə alınır. Bu ölkədə hər gün 8 mindən çox koronavirusa yoluxma olur. Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirləri ilə bağlı yaradılan Elm Qurumunun toplantısından sonra belə deyib ki, Rusiyanın səhiyyə naziri ilə COVID-19 mövzusunda danışıqlarımız olub. Elm Qurumunun peyvəndlə əlaqədar əməkdaşları da Rusiyann elm adamları ilə bir dəfə videkonfrans keçirib, ikincini də sabah keçirəcək. Bundan sonra bu görüşlər intensivləşəcək.

Nazir qeyd edib ki, dərman və peyvənd məsələləri ilə bağlı Türkiyədə 22 universitet və mərkəzin, heyvanlar üzərində sınaq təcrübələrinin aparılması mərhələsində işləyən 4 mərkəz və universitet mövcuddur.

Onun sözlərinə görə, rusiyalı həmkarı peyvənd məsələsi ilə bağlı, xüsusilə heyvanlar üzərində sınaqların aparılmasında son mərhələlərə keçdiklərini bildirib. Hər iki ölkənin səhiyyə nazirliəri indiki şəraitdə qarşılıqlı kliniki əməkdaşlıq qərarına gəlib.
“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ