Mahmudov malikanəsindən köçdü, mühafizəsini gücləndirdi - Nə baş verir?
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) rəhbəri Eldar Mahmudov şəxsi mühafizəsini gücləndirib.
Əldə etdiyimiz məlumata görə, sabiq nazir Nardarandakı imarətindən köçərək, Badamdardakı malikanəsinə yerləşib. MTN şefinin köç etdikdən mühafizəçilərinin sayını artırdığı qeyd olunur. Keçmiş nazir hətta vəzifədən getdikdən sonra işdən çıxardığı cangüdənlərini də işə qaytarıb.
Mühafizəçilərə imarətdən çox da uzağa getməmələri tapşırılıb. Onlar E.Mahmudovun villasında qalır, ərazidən ayrılmamaq məqsədilə idmanla məşğul olmaq üçün belə evin yaxınlığındakı "The Crescent Beach” və "Badamdar” oteldəki idman zallarına gedirlər.
MTN şefinin Nardarandan Badamdara köçməsinin səbəbləri açıqlanmasa da, onun qeyri-rəsmi ev dustağı olduğu bildirilir. Ölkədən çıxışı yasaqlanan sabiq nazirin Azərbaycan ərazisində də sərbəst hərəkəti məhdudlaşdırılıb. Lakin bir müddət əvvəl E.Mahmudovun Bakı küçələrindən birində öz maşınında göründüyü ilə bağlı məlumat yayılmışdı.
Eldar Mahmudovun Nardarandan köçməsinin və şəxsi mühafizəsini gücləndirməsinin səbəbləri ilə bağlı geniş araşdırmanı təqdim edəcəyik.
Qeyd edək ki, E.Mahmudov 2004-cü ildə Milli Təhlükəsizlik Nazirliyinə rəhbər təyin olunub. 2015-ci il oktyabrın 17-də isə vəzifəsindən kənarlaşdırılıb. Daha sonra isə MTN ləğv edilib, nazirliyin vəzifəli şəxsləri işdən çıxarılıb, bir çoxu isə müxtəlif cinayətlərdə ittiham olunaraq həbs olunub. MTN-in yerində Dövlət Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.
Bakı Post

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək