XalqXəbər.Az

www.XALQXEBER.az » Gündəm » O, törətdiyi əməllərə görə qanun qarşısında cavab verməli olacaq

O, törətdiyi əməllərə görə qanun qarşısında cavab verməli olacaq

O, törətdiyi əməllərə görə qanun qarşısında cavab verməli olacaq
11-12-2019, 18:55

Etibar Əliyev: “O, mənə yönəlik əsassız ittihamlarla diqqəti törətdiyi qanunsuzluqlardan yayındırmağa çalışır”
Son günlər bəzi xəbər saytlarında fəaliyyəti dayandırılmış "Texnikabank"ın keçmiş rəhbəri Etibar Əliyev haqqında həqiqəti əks etdirməyən, böhtan xarakterli məlumatların yayılmasından bəhs etmişdik. Vurğulamışdıq ki, həqiqətlə daban-dabana zidd olan həmin qərəzli və sifarişli məlumatlar mətbuata "Aqroinvest və İstehsalat" şirkətinin keçmiş əməkdaşı Pərviz Hacıyev tərəfindən ötürülüb. Məqsəd Etibar Əliyev haqqında cəmiyyətdə mənfi imic yaratmaq, onun sabiq MTN şefi Eldar Mahmudovla yaxın münasibətdə olması haqqında yanlış fikir formalaşdırmaq, öz törətdiyi əməlləri bu ittihamlar fonunda gizlətməklə məhkəmə və hüquq-mühafizə sistemini aldatmaqdır.
Hansı ki, "Aqroinvest və İstehsalat" şirkəti də bəyan etmişdi ki, bu iddialar tamamilə əsassızdır və onların Etibar Əliyevə hər hansı aidiyyatı yoxdur. Şirkətin açıqlamasında dələduzluq faktlarının Pərviz Hacıyevlə bağlı olduğu, məhkəmələrdə bu qanunsuzluğu sübut edən qətnamələrin mövcudluğu faktı da yer alıb. (https://www.moderator.az/news/301555.html)

Bu günlərdə Pərviz Hacıyev tərəfindən mətbuata “Texnikabank”ın keçmiş rəhbəri Etibar Əliyev haqqında uydurma xarakterli yeni informasiyalar buraxılıb. Bu məqalələrdə Etibar Əliyev başqalarına məxsus əmlakı mənimsəməkdə, özgə əmlakını qanunsuz şəkildə ələ keçirməkdə ittiham olunur.

Moderator.az bəzi media orqanlarında yer alan bu ittihamlara münasibət öyrənmək üçün Etibar Əliyevlə əlaqə saxlayıb.

Haqqında irəli sürülən ittihamların cəfəng və əsassız olduğunu vurğulayan Etibar Əliyev, baş verənləri Pərviz Hacıyevin növbəti təxribatı kimi dəyərləndirib:

“Mətbuatda barəmdə yer alan bu iddiaların heç bir əsası yoxdur. Pərviz Hacıyev qanunazidd əməllər törədib və indi hüquqi məsuliyyətdən yayınmaq, etdiyi qanunsuzluqları ört-basdır etmək, məni də bu əməllərə ortaq etmək üçün adımı bu məsələdə hallandırmağa cəhd edir. Azərbaycan qanunun aliliyinin təmin edildiyi bir ölkədir və hər kəs kimi Pərviz Hacıyev də gec-tez törətdiyi əməllərə görə hüquq-mühafizə orqanları və məhkəmə qarşısında cavab verməli olacaq”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.