XalqXəbər.Az

www.XALQXEBER.az » Gündəm » Millət vəkili Nəriman Əliyevin 300 min məsələsi - İTTİHAM VAR

Millət vəkili Nəriman Əliyevin 300 min məsələsi - İTTİHAM VAR

Millət vəkili Nəriman Əliyevin 300 min məsələsi - İTTİHAM VAR
29-03-2017, 10:31

“Ştutqart” MMC ilə bağlı bu yaxınlarda mətbuatda ciddi məlumatlar yayıldı. Hətta elə ciddi məlumat idi ki, dərhal istintaqın başlanmasına əsas verirdi. Çünki dünya təcrübəsindən çıxış etsək görərik ki, Kütləvi İnformasiya Vasitəsində yayılan hansısa məlumat dərhal həmin dövlətin hüquq-mühafizə orqanlarını hərəkətə gətirir, gecikmədən ən yüksək səviyyədə araşdırmaya start verilir.
Bəli, bu gün ölkədə bir ailə evsiz qalıb. Evi, maşını əlindən alınıb.
Söhbət Masallı rayon sakini Fərhad Rəfiyev adlı şəxsdən gedir. Bu şəxsin günahı “Ştutqart” avtomobil ehtiyyat hissələri dükanında satıcı vəzifəsində çalışması olub. Fərhad Rəfiyevin atası Rasim Rəfiyev müxtəlif dövlət qurumlarına müraciət edərək ailəsinin başına açılan oyunlardan bəhs edib və onlara kömək edilməsini xahiş edib.
Masallı rayon sakini, hazırda Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsində yaşayan Rasim Rəfiyev adlı vətəndaş övladlarının başına gələn fakt barəsində danışdı.
Yazıya başlamamışdan öncə qeyd edək ki, söhbət 300 min manatdan gedir.
Şikayətçi Rasim Rəfiyev bildirdi ki, oğlu Fərhad Rəfiyev 2007-ci ildən “Karkas” avtomobil ehtiyyat hissələri dükanında satıcı vəzifəsində çalışıb. Daha sonra isə “Karkas” mağazalar şəbəkəsinin adında dəyişiklik edilərək “Ştutqart” adı altında fəaliyyət göstərməyə başlayıb.
Oxucularıın nəzərinə çatdıraq ki, Mağazalar şəbəkəsinə Masallı rayonundan millət vəkili seçilmiş Nəriman Əliyevin bacısı oğlu Əfqan Abdullayev müdirlik edir.
Atasının dediyinə görə, Əfqan Abdullayev oğlu Fərhad Rəfiyevə hədə-qorxu gələrək onun daşınmaz əmlakını əlindən alıb:
“Dekabrın 6-da isə Nizami Rayon Polis İdarəsinin iki əməkdaşı oğlumun yaşadığı Nəsimi rayonu Asif Məhərrəmov 33 B, mənzil 15 ünvanına gələrək oğlum Fərhad Rəfiyevi özləri ilə Polis İdasəsinə aparıblar. Oğlumun Polis İdarəsinə çağırılması ilə bağlı əvvəlcədən heç bir dəvət olunmayıb. Oğlum Polis Idarəsinə aparıldığı ilə bağlı mənə məlumat verəndə Nizami Rayon Polis İdarəsinə getdim. İlk əvvəl belə bir adamın idarəyə gətirilmədiyini bildirdilər, sonra isə məlum oldu ki, oğlum İdarənin 303-cü otağındadır. Və məni də ora dəvət etdilər. Yüksək rütbəli polis zabiti (mülki geyimli polis nəfərlərindən birinin adı Mehrac idi) mənə bildirdi ki, Əfqan Abdullayevin tələb etdiyi 300 min manat ödənilməlidir. Əks halda bu şikayət sənədləşəcək və bu halda oğlunuz barəsində 8 ildən 12 ilə kimi iş gözlənilir. Sənədləşəndən sonra pul ödənilsə belə, yenə cinayət işi açılacaq. Hətta Polis İdarəsinin 303-cü atağında Əfqan Abdullayev bildirdi ki, “polisə müraciət etməmişdən öncə qoyulan 24 saat ərzində 200 min manat ödənilmədiyindən rəhbərlik (Nəriman Əliyev) tələb edib ki, bu gün məbləğ 300 min manat olmalıdır”.
Rasim Rəfiyev onu da bildirib ki, oğlunun günahı olmadan şərlənərək İdarəyə gətirilməsini və orada oğlunun səhhətinin pisləşdiyini görərək, əlacsız qaldığından onların dediyi ilə razılaşıb: "Bildirdim ki, ödəniləcək məbləğə görə evimi və avtomobilimi verməyə hazıram. Bundan sonra Xətai rayonunda yerləşən ASAN Xidmət mərkəzinə gedərək oğlumun 130 kvadratlıq evini və avtomobillərimi onların adına keçirtdik. Qeyd edim ki, bu zaman nə əldən ələ, nə bank yolu ilə pul edənildi. Hansısa formada qəbz yazılaraq sənədlərə əlavə edildi. Alqı-satqı ilə bağlı bizə heç bir sənəd təqdim olunmadı”.
Qeyd edək ki, redaksiya məsələni ciddi araşdımaqda qərarlıyıq və əlimizdə ciddi faktlar var.
Növbəti yazılarımızda: Əfqan Abdullayev 300.000 (üç yüz min) manat aldığı ilə bağlı sənədi necə imzaladı?
Fərhad Abdullayev işdən çıxarılandan sonra digər işçilərin gözünü qorxutmaq üçün hansı cəza tədbirləri görülür?
Nizami rayon Prokurorluğuna hansı sənədlər təqdim edildi?
Bütün bunlara aydınlıq gətirəcəyik.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.