Bakıda ölümlə bitən qəzanı Arzu Rəhimovun “sağ əli”nin oğlu törədib - Təcili
Bu gün Bakı-Sumqayıt yolunda bir nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsini kimin törətdiyi məlum olub
Cahan.info-ya verilən məlumata görə, qəzanı törədən 99 RA 025 dövlət nömrə nişanlı, “Hunday-Sonata markalı avtomobilin sürücüsü Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səfərbərlik hazırlığı və Səfərbərlik Baş İdarəsinin rəis müavini, polkovnik-leytenant Şaiq Məmmədovun oğludur.
Məlumatda bildirilir ki, hadisə zamanı avtomobildə olan sərnişin, 24 yaşlı Məmmədov Elvin Mikayıl oğlu dünyasını dəyişib. Sürücü isə ağır yaralanıb.
Ancaq sürücünün kimliyi, Ş.Məmmədovun oğlunun olması sürücüsü Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi, general Arzu Rəhimov tərəfindən gizlədilir. Ölənin adı mətbuata açıqlansa da, sürücünün kimliyi gizli saxlanır. Bunun səbəbi bilinmir.
Bildirək ki, Sumqayıtdan Bakı istiqamətində hərəkətdə olan 99 RA 025 dövlət nömrə nişanlı, "Hunday-Sonata" markalı avtomobil idarəetmdən çıxaraq yolun kənarındakı dəmir arakəsmələrə çırpılıb.
Qəzada dünyasını dəyişən gənc Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşı Mikayıl Məmmədovun oğludur. Məlumata görə, Elvin Məmmədovun bu yaxında toyu olub. Qeyd edək ki, bundan əvvəl də A.Rəhimovun müavini olmuş general Novruzəli Orucovun oğlu avtobus şoferini döyməklə gündəmə gəlmişdi. General oğlu həbs olunub, atası işdən çıxarılıb.
Hadisə ilə bağlı ən son məlumatları əldə etməyə çalışırıq.
Cahan.info

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...