Ramil Usubov təntənəli mərasimdə
“Azərbaycanda il ərzində 2 mindən çox cinayət açılır. Həyata keçirilən tədbirlər nəticəsində insan hüquq və azadlıqlarının pozulması, korrupsiyaya şərait yaradan və digər neqativ halların sayı nəzərə çarpacaq dərəcədə aşağı düşüb”.
Bunu Azərbaycan polisinin 100 illik yubileyi münasibətilə keçirilən təntənəli mərasimdə daxili işlər naziri, general-polkovnik Ramil Usubov deyib.
Nazir qeyd edib ki, son 15 ildə respublikada hər 100 min nəfərə ümumi cinayətlərin sayı, eləcə də qəsdən sağlamlığa ağır zərər vurma, oğurluqların, xuliqanlıqların sayı əksər Avropa ölkələri ilə müqayisədə az, bəzi hallarda isə dəfələrlə azdır: “Son 15 ildə 48 mindən çox axtarışda olan şəxs məhkəmə istintaq orqanlarına təhvil verilib. Cinayətlərin orta hesabla açılması 87 faiz təşkil edir. Qeydə alınan cinayətlərin təxminən 88 faizi heç bir ağır təhlükə törətməyən və az ağır cinayətlərdir”.
R.Usubov qeyd edib ki, ölkədəki xalq-iqtidar birliyi sabitliyin yaranmasında, möhkəmlənməsində, təhlükəsizliyin təmin edilməsində bir daha özünü göstərir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək