Azərbaycan polisi 100 yaşında: İlham Əliyev təbrik etdi
Azərbaycan polisinin 100 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilir.
xalqxeber.az xəbər verir ki, mərasimdə prezidentin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov, daxili işlər naziri, general-polkovnik Ramil Usubov və DİN-in Baş İdarə, idarə, şöbə, bölmə rəisləri iştirak edirlər.
Fuad Ələsgərov mərasimdə prezident İlham Əliyevin təbrik məktubunu oxuyub. Məktubda qeyd olunub ki, bu tarix yalnız daxili işlər orqanları üçün deyil, müstəqil Azərbaycan dövləti üçün əlamətdar hadisədir:
"1991-ci ildə Azərbaycan müstəqil olduqdan sonra ölkə idarə olunmaz vəziyyətdə idi. Bu, polis orqanlarına mənfi təsir göstərmişdi, kriminogen durum nəzarətdən çıxmışdı. 1993-cü ildə Heydər Əliyevin siyasi rəhbərliyə qayıtması dövləti uçurumdan xilas etdi. Bu gün Heydər Əliyevin siyasəti uğurla davam etdirilir. Ölkədə insan hüquqları ədalətli şəkildə qorunur. Azərbaycan polisi dövlətçiliyin qorunmasında əsas dövlət təsisatıdır. Əminəm ki, Azərbaycan polisi cinayətkarlığa qarşı mübarizəni bundan sonra da uğurla davam etdirəcək”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək