SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Göyçayın körpü və çay dərdi: növbəti çökmənin üzə çıxardığı faktlar

Göyçayın körpü və çay dərdi: növbəti çökmənin üzə çıxardığı faktlar

Tarix:

2-07-2018, 09:17

/ 1 651 dəfə oxundu.
Göyçayın körpü və çay dərdi: növbəti çökmənin üzə çıxardığı faktlar

“Çınqıl mafiyası”nın viran qoyduğu Göyçay çayının məcrası nizamlanmayana qədər problem davam edəcək; Göyçay çayının 2002-ci və 2018-ci ildə olan durumu; dərinliyin fərqi azı 20 metrdir.
“Çınqıl mafiyası”nın qanunsuz fəaliyyəti nəticəsində iyunun 2-də uçan, 20 gün ərzində bərpa edildikdən sonra istifadəyə verilən Göyçay çayının üzərindəki körpü iyunun 30-da yenidən çöküb. Yerli sakinlərin dediyinə görə, çökmə bərpa olunmuş hissədə baş verib.
Körpü üzərindəki çökmə müşahidə edilməyə başlayandan sonra ərazi nəzarətə götürülüb, müvəqəti olaraq körpüdə hərəkət yasaqlanıb. Bu səbəbdən saatlarla rayon mərkəzində tıxac müşahidə olunub. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və digər strukturların texnikaları əraziyə cəlb olunub, çökmə baş verən hissədə təmir-bərpa işlərinə başlanılıb.

Bir neçə saat ərzində çökən hissəyə torpaq daşınıb, sonda isə asfaltlanıb. Axşama yaxın körpü yenidən istifadəyə verilib.

Bu hadisədən sonra rayon sakinləri yenidən səksəkə içərisindədir. Nədən ki, körpü bərpa olunub istifadəyə verildikdən cəmi bir həftə sonra orada çökmə baş verməsi ərazidə yuyulma, qabarma, çökmə prosesinin dayanmadığını göstərir. Bu isə o deməkdir ki, uzun illər ərzində sabiq nazir Ziya Məmmədova, sabiq icra başçıları Mübariz Ağayevə, Ərziman Əliyevə, ATF şirkətinə məxsus daş-çınqıl karxanalarının qanunsuzluqları, normadan azı 20-30 dəfə çox xammal götürərək Göyçay çayının məcrasını tamamilə yararsız hala salmaları səbəbindən yaranmış fəlakətli vəziyyət aradan qaldırılmayınca, yəni çay əvvəlki məcrasına qaytarılmayana qədər körpü orada uzun müddət davam gətirməyəcək.
“Yeni Müsavat”ın ötən saylarında buradakı durumu və çıxış yollarını aydın şəkildə əks etdirən araşdırma yazıları dərc edilib.

Həmin - “Göyçay daha böyük fəlakətlə üz-üzə - araşdırma” (html ttp://musavat.com/mobile/news/goycay-daha-boyuk-felaketle-uz-uze-arasdirma_532323.html), “Göyçayı viran qoyan ”çınqıl mafiyası"

(http://musavat.com/news/goycaydaki-dehsetin-baiskarlari-ziya-memmedov-selim-muslumov-ve-atf-sirketi-videolar-fotolar_531378.html) sərlövhəli yazılarla musavat.com saytında tanış ola bilərsiniz.
Məsələ ondadır ki, hələ 5 il öncə rayon sakinləri Göyçay çayının məcrasının məhv edilməsi, daha dəqiqi çay yatağının son 15 ildə 3-4 metrdən 30-40 metrədək dərinləşdirilməsi səbəbindən evlərin, həyətyanı sahələrin, o cümlədən körpünün istinad laylarının məhv olmasını müşahidə edərək, müvafiq strukturlara müraciət ediblər. Nəticədə 2014-cü ildən həmin çayın yatağında çınqıl karxanalarının fəaliyyətinə qadağa qoyulub. Ancaq yuxarıda adları qeyd edilən məmur-oliqraxlara bağlı karxanalar çayın yatağını qazıb daşımaqda davam ediblər. Hətta bu məmur-oliqarxlara məxsus karxanalar düz körpünün altını da uzun illər ərzində qazıb daşıyıb, milyonlar qazanıblar. Bu şəxslər faktiki olaraq Göyçay sakinlərinə uzun illər əziyyət verəcək böyük bir problem yaradıblar. Faktiki olaraq sakinlər bildirir ki, Göyçay çayı ilə Yuxarı Şirvan kanalının kəsişməsindəki ötürücü tunel da yuyulub məhv olub, ora da uça bilər. Körpünün ətraflarında da yuyulma prosesi davam edir.
Əgər bu karxanalar dövlətə, Göyçaya vurduqları ziyanın qarşısının alınması üçün çayın məcrasının əvvəlki vəziyyətinə mərhələlərlə qayıtması üçün xüsusi yataq bərpası məqsədi ilə bəndlər vurmasalar, həmçinin, çaya qum-çınqıl gəlməsini əngəlləyən maneələr aradan qaldırılmasa (bu haqda yuxarıda linki verilmiş araşdırma yazısında ətraflı məlumat verilib-red.) axınının qarşısındakı maneələr aradan qalxmasa, rayonda qarşıdakı illərdə böyük fəlakətlər davam edəcək. Çayın məcrası indiki səviyyəsində qaldığı, istinad laylarını, sahələri yumaqda davam etdiyi halda körpü nə qədər möhkəm inşa edilsə də, zamanla uçub-dağılacaq. Faktiki olaraq yüksək səviyyədə bərpa edildiyi deyilən körpü cəmi 1 həftə tab gətirdi. Bu onun göstəricisidir ki, çay məcrasından çıxdığı üçün öz dağıdıcılıq işlərini davam etdirir. Bunun qarşısının alınması üçün təcili tədbirlər görülməsinə başlanılmalı olduğu ən yüksək ekspertlər tərəfindən diqqətə çatdırılıb. Həmçinin, körpünün uçması ilə bağlı başlanan cinayət işi üzrə aparılan istintaqın açıqladığı məlumat da bu deyilənlərin təsdiqidir. Həmin məlumatda da əks olunur ki, körpü məhz qım-çınqıl karxanalarının qanunsuz fəaliyyəti nəticəsində çayın məcrası pozulması səbəbindən baş verib.

Nəzərə çatdıraq ki, məlum cinayət işi üzrə 10-dək karxana, şirkət sahibi həbs olunub.

Son çökmə də göstərdi ki, məsuliyyət daşıyan şirkətlər və qurumlar bəndvurma işlərinə bir gün belə vaxt itirmədən başlamalıdırlar.

“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ