SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Səfər Mehdiyevə 6 ay SINAQ MÜDDƏTİ verildi, Vüsal Novruzov isə...

Səfər Mehdiyevə 6 ay SINAQ MÜDDƏTİ verildi, Vüsal Novruzov isə...

Tarix:

5-06-2018, 13:13

/ 5 090 dəfə oxundu.
Səfər Mehdiyevə 6 ay SINAQ MÜDDƏTİ verildi, Vüsal Novruzov isə...

DGK-ya təsadüfən düşən nehrəmli generalların son aqibəti necə olacaq?

Artıq bir aya yaxındır ki, ölkə mətbuatı iki nehrəmli generalın aqibətindən yazır.

Onlardan biri-Səfər Mehdiyev DGK-ya sədr təyin olundu, ikincisi – Bakı Baş Gömrük idarəsinin rəisi Vüsal Novruzov isə vəzifəsindən azad olundu. Ancaq V.Novruzovun gömrük sistemində xidmətinin sonu yalnız tutduğu vəzifədən azad olunmaqla bitmədi.
365info.org saytının əldə etdiyi məlumata görə Bakı gömrük idarəsinin keçmiş rəisi Vüsal Novruzov barədə dövlətin onurğa sütunu sayılan hüquq mühafizə orqanlarının birində artıq araşdırma başlanıb. Bildirilir ki,Vüsal Novruzovun nəyi varsa demək olar ki,hamısı əlindən alınaraq müsadirə olunub. Onun hələ ki, əlində qalanlar təkcə Həsən Əliyev küçəsində (keçmiş İnqilab küçəsi) yerləşən bina evi və öz adına olan, 1983 -cü ilin "VAZ-2106” markalı avtomobilidir.
Saytın əldə etdiyi digər məlumata görə Türkiyədə saxlanılaraq Azərbaycana ekstradisiya edilən "Quska” ləqəbli biznesmen, keçmiş deputat Hüseyn Abdullayev istintaqda Vüsal Novruzova qarşı ifadə verib. Belə ki, H.Abdullayev Türkiyədə V.Novruzovla bir neçə fabrik və zavodlara şərik olduğunu etiraf edib. Və məlum olub ki,bu neçə illər ərzində ölkənin içindən H.Abdullayevə lazımi məlumatları ötürənlərdən biri də V.Novruzov olub.
Əlbəttə ki, bundan xəbər tutan hüquq mühafizə orqanlarının gördükləri əməliyyat tədbirləri göz qabağındadır. Ancaq neçə ilin təcrübəsindən belə nəticəyə gəlmək olur ki, təsadüfən vəzifəyə gəlib düşənlərin çoxunun sonu, V.Novruzovun aqibəti kimi olur.
Təsadüfən DGK-ya gəlib "düşən” nehrəmli generallardan biri də hazırda DGK-nin şefi olan Səfər Mehdiyevdir. DGK-dakı etibarlı mənbənin verdiyi məlumata görə S.Mehdiyevin özünə də PA-dan 6 ay sınaq müddəti verilib. Elə bu səbəbdən də-ona verilən sınaq müddətində özünü müsbət tərəfdən göstərmək üçün bu yaxınlarda S.Mehdiyev islahat görüntüsü yaratmaq məqsədilə,yoxlama adı ilə sərhəd boyu yerləşən gömrük postlarından birinə baş çəkib.
Belə ki, Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən rəsmi məlumatda bildirilir ki,iyunun 2-də Səfər Mehdiyev Xaçmaz Gömrük İdarəsinin "Samur” gömrük postunda mövcud vəziyyətlə tanış olub: "Komitə sədri Azərbaycandan Rusiya Federasiyasına kənd təsərrüfatı məhsullarının daşınmasının vəziyyəti ilə maraqlanıb, sərhədkeçmə prosesində yarana biləcək problemlərin aradan qaldırılmasına,gömrük nəzarətinin daha səmərəli təşkili üçün gömrük postunda aparılacaq yenidənqurma işlərinə dair tapşırıq və tövsiyələrini verib”.

Çox gözəl… Belə yerdə adamın yadına məşhur bir atalar sözü düşür: "Avazın yaxşı gəlir, oxuduğun Quran olsa!”

Sadəcə istər-istəməz bu məqamda məntiqi bir sual da yaranır: "Bəs görəsən indiyəcən-uzun illər, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin birinci müavini olduğu müddətdə hörmətli Səfər Mehdiyev "həzrətləri”nə "gömrük postlarındakı vəziyyətlə tanış olmağa, problemlərin aradan qaldırılmasına, gömrük postunda aparılacaq yenidənqurma işləri üçün tədbir görülməsinə dair tapşırıq və tövsiyələrini” verməyə nə mane olub ki?! Əksinə, neçə illərdi ki, Dövlət Gömrük Komitəsinin fəaliyyəti ölkə mətbuatı tərəfindən haqlı olaraq tənqid olunsa da DGK rəhbərliyi tərəfindən gömrükdə baş verən, videoya belə çəkilərək mətbuatda , sosial şəbəkələrdə yayılan yüzlərlə neqativ hallar təkzib olunub, bu barədə yazan mətbu orqanlara təzyiq göstərilib, onlar məhkəmə ilə qorxudulub. Bu mənada S.Mehdiyev ictimaiyyətin gözündə reputasiyası xeyli korlanmış gömrük sistemində heç olmasa nəsə müsbət addımlar atmağa çalışır ki, həmin reputasiya az da olsa qalxsın.

Dövlət Gömrük Komitəsində son zamanlar onun tərəfindən aparılan kadr dəyişikliyinə də daha çox bu aspektdən baxmaq düzgün olardı.

Bir sözlə , bu 6 ay ərzində S.Mehdiyev özünü doğrultsa, deməli qalıb DGK sədri kimi işini davam edəcək, yox əgər doğrultmasa, onda 6 aydan sonra onu da V.Novruzovun aqibəti gözləyə bilər…

365info.org

Şərhlər

XƏBƏR LENTİ