SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Səfir və Fuad Muradov qızını erməniyə verən diaspora susur

Səfir və Fuad Muradov qızını erməniyə verən diaspora susur

Tarix:

8-05-2018, 09:41

/ 4 415 dəfə oxundu.
Səfir və Fuad Muradov qızını erməniyə verən diaspora susur

Rusiyada fəaliyyət göstərən Azərbaycan Milli Mədəni Muxtariyyətinin Moskva regional bölməsinin sədri Ağadadaş Kərimovun qızını erməni biznesmenə ərə verməsi onun vəzifəsindən getməsini şərtləndirir

Məlumata görə, Rusiyada yaşayan azərbaycanlılar artıq narazılıq etməyə başlayıblar. Onlar qeyd-şərtsiz A.Kərimovun diaspor sədrliyindən getməsi məsələsini qaldıracaqlar.

Qızını erməniyə ərə verməsini normal hal adlandıran, həyat yoldaşının da erməni olduğunu vurğulayan diaspor sədri qeyri-adi heç nə görmür. Ancaq A.Kərimov anormallığı onun diaspor sədri vəzifəsində qalmasıdır.

Çünki ölkənin milli maraqlarının müdafiəsi, təbliği, Qarabağ həqiqətlərinin çatdırılması işində dili qısadır. Ümumiyyətlə, onun hər hansı nəzərəçarpan fəaliyyəti də olmayıb.

Rusiya kimi böyük yerdə Qarabağla bağlı işlər görülməsi üçün fəal və vətənpərvər biri diaspor sədri olmalıdır. A.Kərimov isə ermənilərlə qohum olur və onun artıq həyata baxışı çox fərqlidir.

Bu məsələyə səfirimiz Polad Bülbüloğlu, Diasporla İş üzrə Dövlət Komitəsi sədri Fuad Muradov münasibət bildirməliydilər. Bu həm də Nazim İbrahimovun fəaliyyətinin göstəricidir.

Düşmənlə qohum olan diaspor sədrinin bu hərəkətinə ən yumşaq münasibət onun sədrlikdən uzaqlaşdırılmasıdır. Ancaq həm səfir P.Bülübüloğlu, həm yeni komitə rəhbəri F.Muradovdan səs çıxmır.

Diaspor sədrinin Real TV-yə verdiyi açıqlamaya görə, yayılan xəbərlər doğrudur və özü qızını erməni milliyətindən olan şəxsə ərə verdiyinə görə heç də peşiman deyil:

“Qızımın erməni oğlanla ailə həyatı qurmağı doğrudur. Bunu bütün dost-tanışlar illərdir ki, bilirlər.

Bu normal hadisədir. Həyat yoldaşım da milliyətcə ermənidir. Oğlanın atası, babası Gürcüstandan gələn ermənilərdir.

Oğlan burada anadan olub. Erməni dilində danışa da bilmir. KVN-də iştirak edib, qızım da ora gedib-gəlirdi. Orada tanış olublar”, - deyə Ağadadaş Kərimov bildirib.

O deyir ki, 35 ildən çoxdur ki, Rusiyada yaşayır. Övladları da burada anadan olub, böyüyüb. Lakin, tez-tez Azərbaycana gedirlər.

Qeyd edək ki, Rusiyada fəaliyyət göstərən Azərbaycan Milli Mədəni Muxtariyyətinin Moskva regional bölməsinin sədri Ağadadaş Kərimov qızını erməni biznesmenə ərə verib. Toydan fotolar sosial şəbəkələrdə yayılıb.

Saytlar toyun Moskvada yerləşən erməni iş adamına məxsus restoranların birində baş tutduğunu desə də, Ağadadaş Kərimov bunu inkar edir.

Deyir ki, toy mərasimi azərbaycanlıya məxsus şadlıq sarayında baş tutub, Azərbaycan rəqsləri, mahnıları ifa olunub. Toy mərasimində azərbaycanlılarla yanaşı ermənilər də iştirak edib.

Məlumata görə, Rusiyadakı soydaşlarımız artıq Azərbaycan rəhbərliyi qarşısında məsələ qaldırmağa hazırlaşır.

Qızın erməni oğlanla sevgili olduğundan xəbər tutan diaspor sədri A.Kərimov əvvəllər buna razı olmasa da sonradan razılıq verib. Hətta buna görə, A.Kərimov həyat yoldaşı Rigina Kərimova ilə qeyri-rəsmi şəkildə boşanıb.

Amma boşanma ilə heç bir müsbət nəticənin olmadığını görən Kərimov yenidən həyat yoldaşı ilə münasibətlərini bərpa edib.

Qeyd edək ki, azərbaycanlı diaspor sədrinin qızının erməni oğlanla ailə həyatı qurması Moskvada yaşayan azərbaycanlılar arasında birmənalı qarşılanmayıb. Soydaşlarımız arasında Kərimova etiraz edənlərin sayı gündən-günə çoxalır.

Elə buna görə də, Azərbaycan Milli Mədəni Muxtariyyətinin Moskva regional bölməsində bu hadisədən sonra A.Kərimova qarşı inamsızlıq yaranıb və təşkilatın içərisində parçalanma müşahidə olunub.

Media üzərindən mühüm bir faktı xatırladırıq ki, Rusiyadakı azərbaycanlı diaspor nümayəndələri “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsinin Dövlət Dumasında müzakirəyə çıxarılmasına etiraz etdiklərinə görə təzyiqlərlə üzləşmişdilər.

Diaspor təşkilatlarının bir qrup nümayəndəsi Dövlət Dumasının spikeri Sergey Narışkinə müraciət edərək həmin qanun layihəsinin müzakirəyə çıxarılmasından narahatlıqlarını ifadə ediblər.

Müraciətdə deyilirdi ki, belə qanunun qəbulu ifadə azadlıqlarına ziddir və qanun qəbul ediləcəyi təqdirdə azərbaycanlı diasor təşkilatları beynəlxalq instansiyalara müraciət edəcəklər.

Müraciətin altına Rusiyadakı azərbaycanlı diaspor təşkilatlarının 30 nümayəndəsi, o cümlədən Yaroslavldan Asman Hüseynov, Kostromadan Kamran Babayev, Nijniy Novqoroddan Vidadi Abbasov və digərləri imza atıblar.

Bu müraciətdən Rusiya dövlət strukturları xəbər tutan kimi onu imzalayanlar FTX-nin və digər orqanların təzyiqləri ilə üzləşib. Onlara çatdırıblar ki, Dövlət Dumasına göndərilən müraciətdən imzalarını geri çəkmək lazımdır.

İmza atanların bəziləri ilə “səmimi” söhbət ediblər, bəzilərini hədələyiblər və biznesləri ilə şantaj ediblər. Buna baxmayaraq, onlar imzalarını geri götürməyiblər.

Lakin işin ən qalmaqallı tərəfi budur ki, həmin müraciətə imza atanlara qarşı təzyiqlərə azərbaycanlı diaspor təşkilatları da qoşulublar.

Rusiya azərbaycanlılarının Federal Milli Mədəni Muxtariyyəti “AzərRos”un saytında dekabrın 23-də yer alan məlumatda deyilir ki, təşkilatın Kalininqrad vilayəti üzrə nümayəndəsi Nadir Ağayev həmin müraciəti imzalamaqdan imtina edib. Hətta hüquqi savadlı ilə lovğalanaraq deyib ki, bu müraciətin nə dərəcədə qanuni olduğu araşdırılmalıdır.

Müraciətə imza atmayanlar arasında Moskvadakı diaspor təşkilatının rəhbəri Ağadadaş Kərimov və Rostovdakı diaspor lideri Vaqif Mustafayev də var. Belə görünür ki, onları başa düşmək olar, çünki arvadları ermənidir.

Ancaq Tatarıstandakı diaspor lideri Sübhan Əhədzadə də müraciətə imza atmaqdan imtina edib.

Bu, həmin Əhədzadədir ki, bir neçə il əvvəl tatar gənclərinin Xocalı şəhidlərini yad etmək üçün küçələrə çıxmasını pisləmişdi.

Əhədzadə nəinki müraciətə imza atmayıb, üstəlik Tatarıstanın Leninoqorsk şəhərindəki “Birlik” diaspor təşkilatının rəhbəri Ramiz Məmmədova da müraciətə imza atdığı üçün irad bildirib.

Fia.Az

Şərhlər

XƏBƏR LENTİ