SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Yeni nazir Kərəm Həsənovun dayısını vəzifədə saxlayacaqmı? - ŞOK GƏLİŞMƏ

Yeni nazir Kərəm Həsənovun dayısını vəzifədə saxlayacaqmı? - ŞOK GƏLİŞMƏ

Tarix:

25-04-2018, 20:36

/ 1 743 dəfə oxundu.
Yeni nazir Kərəm Həsənovun dayısını vəzifədə saxlayacaqmı? - ŞOK GƏLİŞMƏ

Kənd Təsərrüfatı Nazirliyinin Cəlilabad İdarəsinin rəisi Rahib Kərimovla bacısı oğlu olan Əmlak Məsələləri üzrə Dövlət Komitəsi sədri Kərəm Həsənovun arası dəyib

Yerli sakinlərdən gələn xəbərlərdə deyilir ki, K.Həsənov dayısına Cəlilabadın icra başçısı vəzifəsini söz vermişdi.

R.Kərimov bacısı oğlundan inciyib ki, reyestr xidmətində işləyən kadrını Cəlilabada icra hakimi gətirdib, dayını çıxdaş edib. Bu da dayı-bacıoğlu münasibətlərinin pozulmasına səbəb olub.
Ona görə də yeni kənd təsərrüfatı naziri İnam Kərimovun komitə sədrinin dayısını vəzifədə saxlayacağı gözlənmir. İddialar var ki, K.Həsənov da R.Kərimovun arxasından çəkilib.
Hətta gərginlik o həddə çatıb ki, Cəlilabadda əkinçilərin üzləşdiyi su problemi ilə bağlı portalımızda gedən məqaləni R.Kərimova yaxın şəxslər sosial şəbəkələrdə paylaşıb.
Komitə sədrindən bu şəkildə heyif çıxmağa çalışdığı iddia edilən dayının postunda qalacağı inandırıcı görünmür. Yeni KTN rəhbərinin ciddi islahatlar aparacağına ümid bəslənir.
Vaxtilə traktorçi olmuş R.Kərimovun gənc nazirin idarəçilik prinsipləri və çevik, dinamik iş qrafiki ilə ayaqlaşacağı ağlabatan deyil.
O baxımdan İ.Kərimovdan gözlənti ondan ibarətdir ki, K.Həsənovun dayısını yola salacaq.
Onsuz da dayı-bacıoğlu münasibətləri korlanıb və komitə sədrinin dayısı üçün nazirə ağız açacağı gözlənilmir.
Yerli sakinlərdən gələn xəbərlərdə deyilir ki, yeni nazir aqrar sektorda innovativ inkişafa nail olmaq arzusundadır.
Prezident də məhz tapşırıb ki, müasir model tətbiq olunsun. Bu mənada R.Kərimovun KTN-nin Cəlilabad idarəsinin rəisi vəzifəsində saxlanması aqrar bir bölgədə islahatları ləngidə bilər.
R.Kərimov Cəlilabad rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi vəzifəsindən uzaqlaşdırılmalı imiş.
Amma kənd təsərrüfatı naziri Heydər Əsədov Kərəm Həsənova hörmət xatirinə onu işdən kənarlaşdırmayıb.
Halbuki, R.Kərimov tamamilə fəaliyyətsizdir və idarədə heç bir məşğuliyyəti yoxdur. Ona görə yeni nazir Cəlilabadda yeni kadr təyin etməlidir.
Komitə sədrinin dayısı idarədə əsasən vaxtını biznes planı qurmaqla keçirir. ahib Kərimov rayonun bütün aqrar sektorunu ağlar günə qoyub.
Dövlət başçısı pambıq əkilməsi, aqrar sektorun inkişafı, heyvandarlığın artırılması istiqamətinmdə tapşırıqlar versə də, komitə sədrinin dayısı öz “konstitusiyası” ilə fəaliyyət göstərir.
Sosial şəbəkələrdə gedən məlumatlara görə, Kənd Təsərrüfatı Nazirliyinin Cəlilabad şöbəsinin rəisi olan R.Kərimov komitə sədri olan bacı oğluna güvənərək aqrar sahəni darmadağın etməkdədir.
Nəticədə Cəlilabad kimi aqrar bir rayonda fermerlər, kəndlilər, subsidiya arzusunda olan sahibkarlar, pambıq və kartof əkən təsərrüfatçılar qan ağlayır.
Məlumatda qeyd olunur ki, böhranın dərinləşməsi və bahalaşmanın hər sahəni bürüməsi insanların sosial həyatını ağırlaşdırsa da, “Cəlilabad Şərab-2” ASC rəhbərliyi işçilərin pulunu vaxtında ödəmir.

Fia.Az

Şərhlər

XƏBƏR LENTİ