XalqXəbər.Az

www.XALQXEBER.az » Gündəm » Bakının yeni meri olmaq istəyən Zakir İbrahimov kimdir ?

Bakının yeni meri olmaq istəyən Zakir İbrahimov kimdir ?

Bakının yeni meri olmaq istəyən Zakir İbrahimov kimdir ?
25-04-2018, 10:12

“Azər Gold” qapalı səhimdar cəmiyyətinin sədri Zakir İbrahimovun qaynatası Kamran İmanov (əslən ermənistanlı) Müəllif Hüquqları İdarə Heyyətinin sədridir. Həmçinin o, vergilər Naziri Mikayıl Cabbarovun bacanağıdır.

AzEuroNews.com xəbər verir ki, Zakir İbrahimov eyni zamanda sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin xüsusilə, onun qardaşı Rafiq Əliyevin ailəvi dostu və kadrı kimi tanınır. Beləki o, 1998-2004- cü illərdə Rafiq Əliyevin rəhbərlik etdiyi “Azpetrol MMC” də müxtəlif vəzifələrdə işləyib, sonra isə “Strateji araşdırmalar və içtimayətlə əlaqələr” departamentinin direktoru olub.

2005- 2009-cu illərdə Moldova Respublikasında Rafiq Əliyevə məxsus olan (bu gündə ona məxsus olan ) “Azpetrol SRL” və “EVR İTD” şirkətinin direktoru işləyib. Zakir İbrahimov bu gün də həmin şirkətdən öz faizini almaqda davam edir. Çünki, Rafiq Əliyevlə ailəvi münasibətləti davam etməkdədir. O, 2009-cu ildə “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin olunub.

Mənbənin verdiyi məlumata əsasən onun səs tellərində çox “ciddi problem” var. O, iki dəfə Almaniya Federatif Respublikasında əməliyyat olaraq “səs tellərini” dəyişib.

AzEuroNews.com

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.