Prezidentdən Kərəm Həsənovla bağlı qərar - Qeyri-rəsmi
Əmlak Məsələləri Dövlət Komitəsinin sədr əvəzi Kərəm Həsənov öz vəzifəsinə təsdiqlənib.
Bu barədə Axar.az-a komitədəki etibarlı mənbədən məlumat verilib.
Mənbə qeyd edib ki, K.Həsənov vəzifəyə təsdiq olunsa da, bu barədə hələlik ölkə başçısının sərəncamı rəsmi yayılmayıb.
Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov Axar.az-a açıqlamasında qeyri-iş günü olduğu üçün məsələ ilə bağlı açıqlama verə bilməyəcəyini deyib.
Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev Nazirlər Kabinetinin tərkibini təsdiqləyib. Təsdiqlənən tərkibdə 6 nazirlik, o cümlədən bəzi komitə, xidmət və agentliyin adı hələ ki yoxdur.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...