İlham Əliyev tapşırıq verdi - Ermənilər KVN-dən uzaqlaşdırıldı
Xəbər verdiyimiz kimi, “Şən və Hazırcavablar klubları”nın Rusiyanın Soçi şəhərində baş tutan 28-ci beynəlxalq festivalına Dağlıq Qarabağdakı separatçı rejimin komandaları da dəvət olunmuşdu. Məsələ ilə bağlı Azərbaycan XİN-i və Gənclər və İdman Naziriyi etiraz bəyanatı yaymışdılar.
xalqxeber.az xəbər verir ki, Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov qondarma rejimi təmsil edən komandaların siyahıdan çıxarılması ilə bağlı ölkə başçısının birbaşa tapşırıq verdiyini qeyd edib. Bu barədə o, facebook sosial şəbəkəsindəki hesabında yazıb:
“Bir neçə gündür ölkə mətbuatında Dağlıq Qarabağın KVN komandalarının beynəlxalq festivalın iştirakçılarının siyahısından çıxarılması ilə bağlı atılan addımlar haqqında məlumatlar yayılır. Amma nazirliklər bu addımları ölkə başçısının tapşırığından sonra atdıqlarını qeyd etsəydilər onda ədalətli olardı”.
Qeyd edək ki, ötən gün Gənclər və İdman Nazirliyinin yaydığı məlumata görə, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim adından fəaliyyət göstərən “С хлебом и солью” və “DeleYaman” komandalarının iştirakı yalnız 500 komandanın qatıldığı və 10-14 yanvar tarixlərində aparılan seçmə mərhələsi ilə məhdudlaşıb. Həmin komandalar növbəti tura vəsiqə qazana bilməyiblər.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...