Bakıda partlayış baş verən binanı Ziya Məmmədov tikib - Qaranlıq məqamlar
Dünən səhər saatlarında Bakının Nəsimi rayonu Dilarə Əliyeva küçəsində 18-də partlayışın baş verdiyi çoxmərtəbəli yaşayış binası ilə bağlı yeni məlumatlar üzə çıxıb.
xalqxeber.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, həmin binanın bir neçə il öncə "ZQAN Holdinq” tərəfindən tikildiyi məlum olub.
Bildirək ki, bu şirkət 2013-cü ildən sonra adını dəyişərək "Garant Holding” olub.
Qeyd edək ki, partlayışa səbəb kimi qaz sızması göstərilsə də, həmin binada əslində qaz olmayıb.
Belə ki, bir neçə gün öncə "Azərsu” ASC-nin əməkdaşlarının bina sakinlərinin müraciəti əsasında su xəttində yaranmış problemin aradan qaldırılması üçün bina yaxınlığında qazıntı aparıblar. Lakin, qazıntı zamanı su xəttinin yanında keçən qaz xətti zədələnib. Bu səbəbdən də ərazidə qaz sızması baş verib və partlayışa səbəb olub.
Hadisənin səhər saatlarında baş verməsi böyük bir faciənin qarşısını alıb. Belə ki, həmin binanın 3-cü mərtəbəsində kurs yerləşir. 10-11 radələrində partlayış baş versəydi, həmin vaxt kursda 60-70 şagird zərər çəkə bilərdi.
Partlayış nəticəsində binaya, binada fəaliyyət göstərən "Ofisait” mağazasına və kursa ümumilikdə 3-4 milyon manat ziyan dəydiyi ehtimal edilir.
Hazırda faktla bağlı araşdırmalar aparılır.
Qeyd edək ki, yanğınla nəticələnən partlayışda mağazada satıcı işləyən 1961-ci il təvəllüdlü Mahmudov Zahid Şükür oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...