Vergilər nazirinin birinci müavini də GÖNDƏRİLİR
Vergilər Nazirliyində əsaslı kadr islahatları davam edir. Modern.az-ın nazirlikdən əldə etdiyi məlumata görə, vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov da məzuniyyətə göndərilir.
Məlumatda bildirlir ki, Sahir Məmmədxanovun fevralın 4-də məzuniyyətdə olacağı gözlənilir.
Mənbə bildirib ki, Sahir Məmmədxanovun məzuniyyət müddətində sərəncama göndəriləcəyi istisna olunmur. Bu isə o deməkdir ki, yeni vergilər naziri köhnə birinci müavinlə işləmək istəmir... Belədə Sahir Məmmədxanovun vəzifədən uzaqlaşdırlacağı gözlənilir.
Əldə etdiyimiz məlumata görə, birinci müavin son bir neçə iqtisadi tədbirdə nazirliyi təmsil etməli olsa da, onu başqası əvəzləyib.
Qeyd edək ki, Sahir Məmmədxanov Vergilər Nazirliyindəki köhnə komandanın ən uzunmüddətli kadrlarından sayılır. O, 1993-cü ildən vergi sistemində işləməyə başlayıb. Sonrakı müddətlərdə müxtəlif vəziflər tutub.
2009-cu ilin martından vergilər nazirinin müavini,2016-cı ilin martından isə birinci müavini vəzifəsinə yüksəlib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...