Xaləddin İsgəndərov həbsə gedir - İstintaq qrupu yaradıldı
Sabiq vergilər naziri Fazil Məmmədovun yeznəsi olan Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun həbsi gözlənilir
Bu barədə etibarlı mənbədən məlumat daxil olub.
Əldə etdiyimiz informasiyada deyilir ki, icra başçısının həbsi üçün artıq hüquq-mühafizə orqanları tərəfindən ilkin addımlar atılmağa başlayıb. Belə ki, Xaləddin İsgəndərov Binəqədi rayonu “Zeytunluq” adlanan ərazidəki yarımçıq tikilidə yaşayan insanların yeni mənzillərə köçürülməsi prosesi ilə bağlı külli miqdarda maliyyə yeyintilərinə yol verib.
Məlumatda həmçinin, o da qeyd olunur ki, yeni mənzillərə köçən insanlara təqdim olunan evlərin sahəsinin genişliyinə görə onlardan əlavə pul alınıb. Mənzillərin bölgüsü şəffaf aparılmayıb.
Bildirilir ki, artıq prokurorluq və polis tərəfindən birgə istintaq qrupu yaradılıb. Dünən – yanvarın 7-si həftənin istirahət günü olmasına baxmayaraq, həmin insanlar ifadə vermək üçün avtobuslarla Binəqədi Rayon Polis İdarəsinə aparılıblar.
Bu faktlar onu göstərir ki, Xaləddin İsgəndərovun həbs olunması ilə bağlı versiyalar yaxın zamanlarda öz təsdiqini tapacaq.
Gununsesi.info

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...