SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Fatma Abdullazadə haqda ilginc iddia: 50 milyon dollar borc…

Fatma Abdullazadə haqda ilginc iddia: 50 milyon dollar borc…

Tarix:

29-12-2017, 10:03

/ 2 587 dəfə oxundu.
Fatma Abdullazadə haqda ilginc iddia: 50 milyon dollar borc…

Sabiq şöbə müdirinin Beynəlxalq Banka fantastik kredit borcu olduğu deyilir; Fazil Məmmədovun 1 milyon dollarını qaytarmadığı iddiası və daha nələr….
Bu il iyunun 1-də Prezident Administrasiyasının strukturunda yeni dəyişikliklər gerçəkləşdirildi, bəzi kadr islahatları həyata keçirildi. Bu dəyişiklik nəticəsində Prezident Administrasiyasında bir sıra vəzifəli şəxslər işdən azad edildi ki, onlardan biri də uzun illər Humanitar siyasət məsələləri şöbəsinin müdiri postunda çalışan Fatma Abdullazadə oldu.
69 yaşlı Fatma Abdullazadə 1993-dən 2017-ci il iyunun 1-dək Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri vəzifəsini tuturdu. Fizika-riyaziyyat elmləri doktoru olan xanım Abdullazadə 1993-2005-ci illərdə Prezidentin İcra Aparatının Humanitar siyasət şöbəsinin müdiri vəzifələrində çalışıb. Azərbaycan prezidentinin 19 iyul 2005-ci il tarixli sərəncamı ilə Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdi. İşdən çıxarıldıqdan sonra “düşünürəm ki, danışmağa heç bir sözüm yoxdur. Xahiş edirəm, bir də mənə zəng etməyin” deyən sabiq məmur xanımın hətta paytaxt rayonlarından birinə icra hakimiyyəti başçısı vəzifəsinə göndəriləcəyi barədə xəbərlər də var. Amma yayılmış xəbərlərin yerini indi daha ilginc iddialar tutur. Bildirilir ki, Fatma Abdullazadənin Azərbaycandan çıxışına qadağa qoyulub. Modern.az xəbər verir ki, buna səbəb kimi F.Abdullazadənin külli miqdarda pul mənimsəməsi faktı göstərilir. Qeyd edək ki, bir neçə gün öncə F. Abdullazadənin keçmiş vergilər naziri Fazil Məmmədova 1 milyon dollar borcunun olduğu barədə məlumat yayılmışdı. Həmin məlumatda bildirilirdi ki, F.Abdullazadə administrasiyada işlədiyi vaxtlarda F.Məmmədovdan (onda vergilər naziri idi) 1 milyon dollar borc alıb və bu günə kimi də həmin borcu qaytarmayıb.
Hətta F.Abdullazadə vəzifəsindən uzaqlaşdırılandan sonra F. Məmmədov nazir olmağına baxmayaraq borcunu geri ala bilməyib. F.Abdullazadənin “imkanım yoxdur” deyərək borcunu qaytarmaqdan imtina etdiyi bildirilir.
“Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Qanun və Miqrasiya Məcəlləsi ilə tənzimlənir. Miqrasiya Məcəlləsində qeyd olunur ki, Azərbaycan vətəndaşının dövlət sərhədinin buraxılış məntəqələrindən keçərək sərbəst surətdə ölkədən getmək və ölkəyə gəlmək hüququ var. Bir qayda olaraq, vətəndaş ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz. Lakin qanunla nəzərdə tutulmuş hallar istisnadır. Onlar aşağıdakılardır:

– Tutulduqda və ya barəsində hər hansı qətimkan tədbiri seçildikdə – azad edilənədək, qətimkan tədbirinin müddəti bitənədək və ya qətimkan tədbiri ləğv edilənədək;

– Məhkum edildikdə – Cinayət Məcəlləsi ilə müəyyən edilmiş əsas cəzasını çəkib qurtaranadək və ya, cəzadan azad edilənədək;

– barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edildikdə – tibbi xarakterli məcburi tədbirlərin tətbiqi ləğv edilənədək;

– Şərti məhkum edildikdə və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edildikdə – müvafiq olaraq sınaq müddəti və ya cəzanın çəkilməmiş hissəsi başa çatanadək və ya şərti məhkumetmə, yaxud üzərinə qoyulmuş vəzifələr vaxtından əvvəl tamamilə ləğv edilənədək;

– Müddətli həqiqi hərbi xidmətə çağırıldıqda – müddətli həqiqi hərbi xidmət keçənədək və ya qanuna uyğun olaraq ondan azad edilənədək;

– Məhkəmə qərarı əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək;

– Beynəlxalq tibbi sanitariya qaydalarına və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq profilaktik peyvəndlər tələb olunan ölkələrə gediş-gəliş zamanı – profilaktik peyvəndlər edilənədək”.
Göründüyü kimi, əgər iddialar doğrudursa, bu o deməkdir ki, F.Abdullazadə haqda tətbiq edilən qadağa qeyd olunan birinci hala uyğun gəlir. F.Məmmədovun işdən çıxarılmasından dərhal sonra yayılmış borc xəbərinə nə sabiq nazir, nə onun yaxın ətrafı reaksiya verməyib. O cümlədən, sabiq şöbə müdirinin də bu barədə hər hansı açıqlaması olmayıb.
Günün sonunda Respublika Prokurorluğu F.Abdullazadə haqda belə bir qadağa olmadığını bəyan edib.
Axar.az isə yazıb ki, F.Abdullazadənin ölkədən çıxışına Azərbaycan Beynəlxalq Bankına olan külli miqdarda kredit borcuna görə qadağa qoyulub. Sabiq şöbə müdiri Beynəlxalq Bankdan götürdüyü 50 milyon dollar krediti ödəyə bilmədiyi üçün o, ölkədən kənara çıxa bilməyib.

“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ