Ceyhun Bayramov vergilər nazirinin müavini gedir
Hazırda təhsil nazirinin müavini olan Ceyhun Bayramov yaxın vaxtlarda vergilər naziri müavini postuna gedəcək.
Bu barədə verilən məlumata görə, vergilər naziri Mikayıl Cabbarov keçmiş müavinini və yaxın silahdaşını yanına aparır.
C.Bayramov vergi sahəsində yeni kadr deyil. O, yenidən öz sektoruna qayıdır. Nazir müavini 1996-2000-ci illərdə Vergilər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.
M.Cabbarovla C.Bayramovun yaxınlığı “Çto, qde, koqda” yarışmasından yaranıb.
Qeyd edək ki, onun qardaşı Azər Bayramov isə maliyyə nazirinin müavini vəzifəsində çalışır.
Mətbuatda “Gədəbəy klanı” adı ilə tanınan bu qruplaşma son illərdə karyera yüksəlişi dövrünü yaşamaqdadırlar.
2000-2002-ci illərdə “Salans Hertzfeld & Heilbronn (Baku) Limited” şirkətində hüquqşünas, 2002-2013-cü illərdə isə “OMNİ” hüquq şirkətinin direktoru olub.
2004-2012-ci illərdə dünyanın tanınmış hüquq nəşrlərindən olan “Chambers Global”, “IFLR1000” və “Legal500” tərəfindən hər il Azərbaycanda vergiqoyma, mülki hüquq sahəsində aparıcı hüquqşünaslar siyahısına daxil edilib.
2013-cü il mayın 30-dan avqustun 12-dək Təhsil Nazirliyi aparatının rəhbəri vəzifəsində çalışıb. 12 avqust 2013-cü il tarixli sərəncamla təhsil nazirinin müavini təyin olunub.
AzEuroNews.com

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...