SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Fazil Məmmədovla Alimpaşa Məmmədova cinayət işi açıla bilər

Fazil Məmmədovla Alimpaşa Məmmədova cinayət işi açıla bilər

Tarix:

14-12-2017, 10:27

/ 4 715 dəfə oxundu.
Fazil Məmmədovla Alimpaşa Məmmədova cinayət işi açıla bilər

Keçmiş vergilər naziri Fazil Məmmədovun “Şəmkir Aqropark” kompleksi ilə bağlı korrupsiya fəaliyyətinin detalları üzə çıxmaqdadır və təsdiqlənməkdədir
Faktlara keçməzdən öncə bildirək ki, dövlət başçısı aqrar sektorun inkişafına dəstək verir. Şəmkirin icra başçısı Alimpaşa Məmmədov isə eks-nazirlə əlbir olub prezidentə yalan danışıb.
Məlumata görə, sabiq nazirin Şəmkirin icra başçısı Alimpaşa Məmmədovla birgə həyata keçirdiyi maxinasiya əməliyyatlarının üstü açılıb.
Belə ki, 2014-ci ildə prezident İlham Əliyev Şəmkirə səfəri çərçivəsində “Şəmkir Aqropark”ın təməlqoyma mərasimində iştirak edib.
Prezidentə bildirilir ki, aqroparkda müasir istixana kompleksi, şitillik, tinglik və intensiv bağçılıq təsərrüfatları, meyvə və tərəvəz emalı zavodları, tara istehsalı fabriki, logistika və aqroservis mərkəzi, soyuducu anbar tikiləcək.
“Şəmkir Aqropark”ın istifadəyə verilməsindən iki il ötüb keçsə də, onların məhsullarını qəbul etmirlər. Lakin işin qəribə tərəfi başqadır.
Məlum olur ki, 2014-cü ildə təməlqoyma mərasimi keçirilən “Şəmkir Aqropark”ın tikintisi hələ də başa çatmayıb.
Belə ki, bu ilin yanvarında “Xalq” qəzetində çap olunmuş “Şəmkir Aqropark”ın tikintisi sürətlə aparılır” başlıqlı məqalədə təkrar məlumatlar dərc olunub.
“Şəmkir Aqropark” «Shamkir Capital Group»a məxsus imiş. Bu barədə “Azadlıq” radiosunun araşdırma materiallarından birində xəbər verilir.
Sözügedən şirkət isə yenicə vəzifəsindən azad edilmiş sabiq vergilər naziri Fazil Məmmədova aiddir. Synergy Group»-la «Shamkir Capital Group»-un təsisçiləri eyni adamlardır.
Hər iki qrupun Müşahidə Şurasının üzvləri də eyni şəxslərdir. “Şəmkir Aqropark” da sonuncunun tərkibində imiş. Bu məsələlərin üzərində Şəmkir rayon sakini Anaxeber.az-a maraqlı məlumatlar verib.
Onun sözlərinə görə, kompleksin tikintisini kurasiya edənlər Fazil Məmmədovun birbaşa yaxın adamları olan Şəmkir icra başçısı Alimpaşa Məmmədov və eks-nazirin müşaviri işləmiş Qüdrət Seyfullayev adlı şəxslərdir.
Alimpaşa Məmmədov və Qüdrət Seyfullayev qabaqcadan əlbir olmaqla "Şəmkir Aqropark" kompleksinin inşasından tutmuş fəaliyyətinə qədər bütün dövrləri əhatə edən iri maliyyə fırıldaqları və mənimsəmələri birlikdə həyata keçiriblər.
Milyonlarla manatı mənimsəyən bu şəxslər Fazil Məmmədovun havadarlığı altında dövlət əmlakını mənimsəyərək talan ediblər.
Kompleksdə olan soyuducu anbarların qurulmasında mənimsənilən vəsait milyonlarla manatla ölçülür. Soyuducu anbarları quran xarici şirkətin xidmət müqabilində veriləcək pulu hələ də ödənilməyib.
Nəticədə kompleksin daxil olduğu offşor holdinq Avropa məhkəməsinə verilib. Qüdrət Seyfullayev "Şəmkir Aqropark"ın direktoru işlədiyi müddətdə müxtəlif adlar altında minlərlə ton meyvə və tərəvəz alınaraq qəsdən korlanıb yararsız məhsul kimi silinib.

Palitika.Az

Şərhlər

XƏBƏR LENTİ