SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Ziya Məmmədovun media holdinqi çökür: Eks-nazirin saytları bağlanır

Ziya Məmmədovun media holdinqi çökür: Eks-nazirin saytları bağlanır

Tarix:

15-02-2017, 00:28

/ 2 355 dəfə oxundu.
Ziya Məmmədovun media holdinqi çökür: Eks-nazirin saytları bağlanır

Nəqliyyat naziri Ziya Məmmədovun istefaya göndərilməsi ilə media holdinqi də çökməyə başlayıb

Gələn xəbərlərə görə, eks-nazirin saytlarının bağlanacağı gözlənilir.

Elektron mediada Məmmədovların xəbər portalları var və onların böyük büdcəsi də yoxdur. Bundan sonra maliyyənin kəsiləcəyi xəbər verilir.

Ziya Məmmədovun oğlu Anar Məmmədovun saytlarının da fəaliyyətini dayandırması yaxud da “əl dəyişməsi” istisna edilmir. Bu saytlar vaxtaşırı Daxili İşlər naziri Ramil Usubov və fövqəladə hallar naziri Kəmaləddin Heydərov əleyhinə yazılar verirdi.

Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun patronluğu ilə fəaliyyət göstərən və əsl sahiblərinin kimliyi məxfi saxlanılan media quruluşlarında nazirlər əleyhinə böyük anti-kompaniya başlanmışdı.

“Qarant Holdinq” şirkətlər qrupunun Müşahidə Şurasının üzvü, qurumun Direktorlar Şurasının sədri Anar Məmmədova məxsus holdinqin nəzdində “Qarant Media Holdinq” yaradılacağı barədə məlumatlar verilsə də, belə bir qurum yaradılmadı. Bu da belə bir ehtimal yaradırdı ki, “Qarant Holdinq” media layihəsindən imtina edib.

Əgər belə davam edərsə, o zaman qısa müddət ərzində həmin kütləvi informasiya vasitələri tamamilə sıradan çıxa bilər. Bir sözlə, görünən odur ki, Ziya Məmmədovun media imperiyası çökmək üzrədir.

Gələn xəbərlərə görə, Anar Məmmədov “Qarant Holdinq” adlı şirkət təsis edərək bir sıra xəbər portalları və internet televiziyaları açmağı planlaşdırırdı.

Bir müddət öncə, Anar Məmmədovun vəkili hətta yeni media holdinqin işə başlayacağı tarixi də bildirmişdi. Sadəcə, ayrı-ayrı saytları maliyyələşdirməyə başlamışdılar. Onların fəaliyyətini dayandırması son dərəcə real görünür.

Arayış üçün yazaq ki, hakimiyyət son vaxtlar bütün məmurlara və deputatlara 2 məsələdə “qırmızı işıq” yandırıb - bank və KİV təsis etmək onlara birmənalı qadağandır.

Son vaxtlar tanınmış məmur və millət vəkilləri arasında sayt yaratmaq tendensiyaya çevrilib. Oliqarxların qəzetə yox, sayta üstünlük verməsinin ciddi səbəbləri də var. Birincisi, saytların arxasında gizlənmək daha rahatdır.

İkincisi, yuxarılarda qıcıq doğuran yazıları dərhal saytdan yığışdırmaq olur. Üçüncüsü, sayt daha yığcam xərc tələb edir. Ona görə də saytlara üstünlük verilir.

Şərhlər

XƏBƏR LENTİ