SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » MTN generalının sensasion ifşası Kərəm Həsənovu cəncələ saldı

MTN generalının sensasion ifşası Kərəm Həsənovu cəncələ saldı

Tarix:

27-11-2017, 09:26

/ 1 563 dəfə oxundu.
MTN generalının sensasion ifşası Kərəm Həsənovu cəncələ saldı

Hazırda həbsdə olan Milli Təhlükəsizlik Nazirliyinin Anti-Terror Mərkəzinin sabiq rəisi general Elçin Quliyev məhkəmə prosesində rezonans doğuran açıqlama verib
Məlumata görə, general vaxtilə silahla şərlədiyi və bu yaxınlarda bəraət alan Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin əməkdaşı Mətləb Mustafayevin həbsinin qurama olduğunu etiraf edib.
O, bildirib ki, Mətləb Mustafayevin həbsinə sifarişi Eldar Mahmudovdan alıb.
Mətləb Mustafayevin özü isə dəfələrlə həbs planının Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun istəyi ilə hazırlandığını deyib.
O, mediaya açıqlamasında həbsinə səbəb kimi Kərəm Həsənovun əməllərini ictimailəşdirməsini göstərib.
Mətləb Mustafayev Elçin Quliyevin etirafından danışıb: “Elçin Quliyev qismən də olsa danışdı. Amma o hər tərəfli danışmalı idi və Kərəm Həsənovun da adını çəkməli idi.
Deməliydi ki, onun həbsi üçün Kərəm Həsənov nazirindən xahiş edib. Elçin Quliyev dəfələrlə mənimlə söhbətində Kərəm Həsənovdan niyə yazdığımı soruşurdu”.
Mətləb Mustafayev bir neçə il əvvəl intihar edən məşhur MTN polkovniki Malik Mustafayevin qardaşıdır.
MTN generalının açıqlaması Kərəm Həsənovu növbəti dəfə ifşa etdi. Komitə sədri E.Mahmudova əməkdaşının həbsini sifariş verib.
Əks təqdirdə MTN rəhbəri nə üçün komitə işçisini həbs etsin ki?! Bütün bunlar K.Həsənovu təzədən gündəmə gətirir.
Komitə sədri Akif Çovdarov və digərlərinin qanunsuz şəkildə ələ keçirdiyi əmlakaların rəsmiləşdirilməsində əsas rolu oynayıb.
Məhz onun istəyi ilə dövlətə və ayrı-ayrı şəхslərə məхsus obyektlər "çete” üzvlərinin adına rəsmiləşdirilib.
Bu sırada Akif Çovdarovun milyonluq obyektləri, torpaq sahələri, istixanaları, binaları, mağazaları, restoranları, həmçinin digər "çete” üzvləri tərəfindən qanunsuz şəkildə zəbt olunmuş başqa obyektlər komitənin dəstəyi sayəsində bu adamların nəzarətinə keçib.
Palitika.Az xəbər verir ki, bu işlərdə Kərəm Həsənovun bütün tapşırıqlarını Əmlak Məsələləri Dövlət Komitəsinin boz kardinalı hesab olunan və komitədəki bütün qaranlıq işlərin arxasında dayanan Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin direktoru Mohuma Heraçiyev və Dövlət Resyter Xidmətinin rəisi Məhəmməd İmanov (o artıq vəzifəsindən azad edilib) yerinə yetirib.
Yeri gəlmişkən, Mohuma Heraçiyev həm də Kərəm Həsənovun "kassası” hesab olunur. O, Kərəm Həsənovun MTN-də işləyən qardaşı Şahin Həsənovun yaхın dostudur.
MTN-nin sifarişləri də məhz Əmlak Məsələləri Dövlət Komitəsinin boz kardinalı vasitəsi ilə həyata keçirilib.
Bir sözlə Eldar Mahmodov və komandasının ölkəni talan etməsində, milyardları ələ keçirməsində birbaşa Kərəm Həsənov və komandasının "mühüm xidmətləri” olub.
MTN-dəki dəstənin ələ keçirdiyi obyektlərdən biri də "8-ci km” bazarındakı (el arasında "vosmoy” bazarı kimi tanınır) "Maral Veqa” olub. Belə ki, "çete” bazarın keçmiş sahibi Səfər Cəfərovun qardaşlarını həbs edib.
Bunun səbəbini öyrənmək üçün MTN-ə yollanan Səfər Cəfərovun özünü də həbs ediblər və vəhşicəsinə döyüblər. Daha sonra isə ondan 5 milyon manat tələb ediblər.
Bu qədər pulu olmayan bazar rəhbəri məcburən "Maral Veqa” adlı böyük obyektini MTN-çilərə verməli olub.
Yeri gəlmişkən, bu obyekti ələ keçirmiş Eldar Mahmudovun müavinin yaxın qohumu bu gün də həmin obyektə sahiblik edir. Bu işdə də Kərəm Həsənovun rolu olub.
Məhz onun хidmətləri sayəsində sahibkardan qanunsuz yolla alınmış obyekt yeni "sahibi”nin adına rəsmiləşdirilib.
Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Məhəmməd İmanov vəzifəsindən azad edilib.
Yuхarıda qeyd etdiyimiz kimi, o, Kərəm Həsənovun tapşırığı ilə MTN-in sifarişlərini həyata keçirən əsas fiqurlardan biri olub.
Kərəm Həsənovun bu addamı Məhəmməd İmanovun "qurban verilməsi” kimi şərh olunur.
Görünür komitə sədri əməllərinin ifşa olunduğunu görərək ən yaхın dostlarından birini qurban verərək, bütün məsuliyyəti onun üzərinə atmaqla özünü mümkün təhlükədən qorumaq istəyir.
Yeri gəlmişkən, məlumata görə, Akif Çovdarov vaxtilə hansısa bir işə görə, onu "ilişdirərək” külli miqdarda pulunu alıb. Ancaq sonradan onlar arasında müəyyən dostluq münasibətləri yaranıb.
Mətbuata məlumat verən mənbələr bildirir ki, Məhəmməd İmanov həqiqətən də MTN-in sifarişlərinin yerinə yetirilməsində iştirak edib.
Amma bütün bunları özbaşına etməyib. Bütün işləri birbaşa Kərəm Həsənovun göstərişi ilə həyata keçirib.

Palitika.Az

Şərhlər

XƏBƏR LENTİ