SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Kəmaləddin Heydərovun “təmizləmə” əməliyyatının sensasion pərdəarxası

Kəmaləddin Heydərovun “təmizləmə” əməliyyatının sensasion pərdəarxası

Tarix:

25-10-2017, 10:00

/ 61 723 dəfə oxundu.
Kəmaləddin Heydərovun “təmizləmə” əməliyyatının sensasion pərdəarxası

Fövqəladə Hallar Nazirliyində (FHN) müəmmalı ixtisarlar gedir; Nazir Kəmaləddin Heydərovun “təmizləmə” əməliyyatının alt qatı açılmır, sirr pərdə qalxmır...
Daxil olan məlumatda deyilir ki, FHN-də gedən ixtisarların səbəbi mətbuata gizli şəkildə informasiyalar sızdırılması olub.
Düzdür, nazirliyin mətbuat katibi Oqtay Bayramov işdən ayrılması ilə bağlı mediaya açıqlama verib. O, FHN-dən getməsini ailə məsələləri ilə əlaqələndirib.
Amma FHN-dən onun işində yol verdiyi nöqsanlara görə azad edildiyi bildirilib. Bundan sonra FHN-in ictimaiyyətlə əlaqə idarəsinin rəisi Səbuhi Ağayev də işdən çıxarılıb.
Ardınca Kəmaləddin Heydərov ən yaxın adamlarından birini, sağ əli kimi tanınan, uzun illər onunla çiyin-çiyinə çalışmış, Fövqəladə Hallar Nazirliyinin Kadr Siyasəti Baş İdarəsinin rəisi, general-mayor Sevda Şirinovanı da tutduğu vəzifəsindən uzaqlaşdırıb.
Faktla bağlı Nazirliyin nə mətbuat xidməti, nə də ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi ilə əlaqə saxlamaq mümkün olmayıb. Çünki hər iki şöbənin rəhbərləri də işdən azad olunub.
Bəzi iddialara görə, FHN-də baş verən kütləvi ixtisarların kökündə külli miqdarda yeyinti faktları və etimad problemi dayanır.
Lakin bizə gələn məlumatlarda deyilir ki, ixtisarların səbəbi nazirlikdəki informatorların olması faktının de-şifrə edilməsidir.
K.Heydərovun ixtisarları davam etdirəcəyi xəbər verilir. FHN-nin “təmizlənməsi” siyasəti kursdan kənara çıxanların tamamilə aşkarlanmasına qədər irəliləyəcək.
Bəzi iddialara görə, nazir mətbuata müxtəlif informasiyaların sızdırılmasından xəbər tutub və təftişə başlayıb.
Məlum olub ki, mətbuat xidmətindən verilən açıqlamalar da FHN-nin ümumi işinə əngəl olurmuş. Günün ikinci yarısında isə S.Şirinovanın işdən azad olunması təkzib edilib.
Daxil olan məlumatda deyilir ki, K.Heydərovun ixtisarları və struktur islahatları bundan sonra da davam edəcək.
Bir müddət əvvəl Fövqəladə Hallar Nazirliyinin tabeliyində olan Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi və Sularda Xilasetmə Xidməti birləşdirilib.
Yeni yaradılan qurum bundan sonra Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti adlanır.
Ümumiyyətlə, K.Heydərov hakimiyyətdə ən etibarlı və sadiq komanda üzvlərindən biridir. ABŞ-ın müvəqqəti işlər vəkili Donald Lu Vikiliks sənədlərində K.Heydərov haqda yazırdı:
“2008-ci ildə yüksək səviyyədə təşkil olunmuş Vaşinqton səfərində Heydərov demişdi ki, Bakı ətrafındakı artilleriya batareyası onun nazirliyinin tabeçiliyinə keçib və o, sovet vaxtlarında əsgəri xidmətini məhz həmin hərbi hissədə keçib.
Hazırda FHN yanğndan mühafizə idarəsinə, dövlət buğda ehtiyyatları fonduna, yanğın təhlükəsizliyi müfəttişliyinə, digər fövqəlada hallar xidmətlərinə nəzarət edir, tikinti işlərinə lisenziya verir.
Bu sonuncu funksiyanı (Azərbaycanda fəaliyyət göstərən əcnəbi hüquqi şəxlər üçün bəlkə də ən vacibi) tikinti müfəttişləri həyata keçirir və “təhlükəsiz saymadıqları” istənilən layihəyə müdaxilə etmək, tikintikini gecikdirmək və ya dayandırmaq səlahiyytələrinə malikdirlər.
Faktiki olaraq FHN nazirliyinin əməkdaşları əvvələr də amerikalı və digər əcnəbi iş adamlarına xəbərdarlıq ediblər ki, onların hərarət və təzyiq göstəricilərindən tutmuş, izotoplara qədər bütün məsələlərə nəzarət etmək səlahiyytələri var. Bu isə o deməkdir ki, günəş altında nə varsa ona nəzarət edə bilərlər”.

Palitika.Az

Şərhlər

XƏBƏR LENTİ