SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » 22 İL ƏVVƏL BABA İNDİ DƏ NƏVƏ OĞURLANDI?

22 İL ƏVVƏL BABA İNDİ DƏ NƏVƏ OĞURLANDI?

Tarix:

16-10-2017, 13:15

/ 65 806 dəfə oxundu.
22 İL ƏVVƏL BABA İNDİ DƏ NƏVƏ OĞURLANDI?

22 il əvvəl Rambo Yakubov Abbas Abbasovla da yaxın olan adamlar tərəfindən oğurlanmışdır
Təxminən 5 gün əvvəl ölkə mətbuatı yazdı ki, Bakıda 24 yaşlı qız itib.
Bu barədə qızın bacısı Zeynəb Yakubova sosial şəbəkədə yazıb. O, bildirib ki, bacısı Olesya Yakubova dünən saat 16:00 radələrində “28 May” ərazisində olub. Əynində sarı pencək, cins və çəkmələr olub. Z. Yakubovanın sözlərinə görə, dünəndən bacısından heç bir xəbər yoxdur: “Hadisə ilə bağlı Nəsimi rayon Polis İdarəsinə müraciət edilib. Biz onun oğurlandığını düşünürük”.
“Xanımı görənlərdən xahiş olunur ki, bu nömrə -0503250922 ilə əlaqə saxlasınlar”,-məlumatda deyilirdi.
Bu məlumatdan sonra, dünən 365info.az saytının redaksiyasına Yakubovların ailəsi ilə bağlı maraqlı məlumat daxil olub. Mənbənin verdiyi məlumata görə, 22 il əvvəl Olesya Yakubovanın babası Rambo Yakubov o vaxt baş nazirin müavini olan Abbas Abbasovla da yaxın olan adamlar tərəfindən oğurlanmışdır.
Sonradan Rambo Yakubova görə onun oğlu Marif Yakubovdan yaxşı pul alınaraq Rambo Yakubov azadlığa buraxılmışdır. Qeyd edək ki, qızın atası Marif Yakubov “Marik” kimi də tanınır.
İndi də həmin kişinin nəvəsi Olesya Yakubova bacısı Zeynəb Yakubovanın sosial şəbəkədə yazdığına görə güman edilir ki, oğurlanıb. Düzdür, bu məlumat ölkə mətbuatında getdi, amma sonra heç bir mətbu orqan maraqlanmadı ki, görəsən bu qızla bağlı polis tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir, yoxsa-yox.
365info.az saytına daxil olan məlumata görə Olesya Yakubovayla sosial şəbəkə vasitəsi ilə ekstrasens Zirəddin Rzayevin adından yazışıblar. Olesya Yakubova ilə yazışanlar ona bildiriblər ki, guya onlar onu ulduz edə bilərlər, çünki, Olesya bir çox istedada malikdir. Və bu cür yazışmalarla Olesyanı valideyinlərindən gizlin Moskvaya gətizdirirlər. Və Olesyaya tapşırırlar ki, onun Moskvaya gəlməsini heç kim bilməsin. Olesya ekstasensin adından onunla yazışanlarla razılaşır və hətta öz mobil telefonunu özü ilə Moskvaya aparmır.
Bu hadisədən xəbər tutan Olesyanın atası Marik Moskvada “FSB”-dəki (Federal Təhlükəsizlik Xidməti) dostlarına müraciət edir və Olesya Yakubova Moskva aeroportunda Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılır. “FSB”-nin əməkdaşları onu sorğu-sual edəndə aydın olur ki, Zirəddin Rzayevin adından bir qrup cinayətkar dəstə Olesya Yakubova ilə sosial şəbəkədə yazışaraq onu aldadaraq Moskvaya gətizdiriblər. Bu məsələyə aydınlıq gətirmək üçün “FSB” Zirəddin Rzayevin də “qonağı” olub. Və Zirəddin Rzayev “FSB”-nin əməkdaşlarına bildirib ki, Olesya Yakubovanın bəxti onda gətirib ki, onun atası “FSB”-yə müraciət edib: “Mənim adımdan istifadə edən bir qrup cinayətkar dəstə bir çox insanları sosial şəbəkə vasitəsi ilə tora salıblar. Həmin şəxslərin də axtarışları davam edir. Və onların sağ olub-olmamasını da təsdiqləyən fakt yoxdur”.
Məlumat üçün bildirək ki, 365info.az saytına məlumat verən mənbə bildirib ki, Zirəddin Rzayevin adından sosial şəbəkədə yazışan cinayətkar dəstənin axtarışları “FSB” tərəfindən davam etdirilir.
Ölkə mətbuatının yazdığına görə keçmiş Baş nazir müavini Abbas Abbasov hal-hazırda Moskvada yaşayaraq orda biznes fəaliyyəti ilə məşğul olur. Yerli mətbuatın yazdığına görə onun qardaşı Nadir Abbasov uzun illər Azərbaycanda DİN-də xidmət edib və onun cinayətkar aləmlə sıx əlaqədə olması barədə ictimaiyyətə ara-sıra yazılar təqdim olunub. Bildirilir ki, polis rəisi olan Nadir Abbasovun ləqəbi “Naşka” olub, yəni cinayətkar aləmdə ona “Naşka” deyə çağırıblar.
Əgər yadınızdadırsa bir-iki il əvvəl mətbuatda Abbas Abbasovun adı qardaşı Nadir Abbasovla bağlı tez-tez hallanırdı və gündəmdə idi. Məsələn, həmin yazılarda bildirilirdi ki, Gəncədən Abbasovlara yaxın mənbəninn verdiyi məlumatdan bəlli olurdu ki, Baş nazirin keçmiş 1-ci müavini Abbas Abbasovun qardaşı Nadir Abbasov həbs edilib.
“Nadir Abbasov Gəncənin keçmiş polis rəisi olub, istefada olan polkovnikdir. Onun bir müddət əvvəl Gəncədə keçmiş “Yeyinti Ticarəti İdarəsi”nə məxsus olmuş ərzaq bazalarında ərzaq və yeyinti məhsulları üçün nəzərdə tutulan soyuducular tikmək üçün kredit götürdüyü bildirilir. Bir neçə gün əvvəl isə onu DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırıblar və krediti dərhal qaytarması tələb olunub. Mənbə onun hələ də bu idarədə saxlanıldığını bildirir”- yazıda bildirilirdi.
“Qeyd edək ki, baş nazirin sabiq 1-ci müavininin Rusiyada 2013-cü ildə, Azərbaycanda keçirilən prezident seçkiləri ərəfəsində yaradılan “Milyarderlər İttifaqı” və Milli Şura ilə əlaqələrinin olması, ölkəmizdə hakimiyyət dəyişikliyində maraqlı olması ilə bağlı yayılan xəbərlərdən sonra ona qarşı münasibət sərtləşib.
Ölkədən çıxışına qadağa qoyulan qardaşı Nadir Abbasov ötən il iyunun 26-da Beynəlxalq Bank və qaytarılmayan kreditlər işi ilə bağlı DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həbs edilmiş, həmin ilin oktyabrında isə azadlığa buraxılmışdı. Ardınca son parlament seçkilərində onun deputat oğlu Aydın Abbasov mandat uğrunda mübarizə aparmaqdan imtina etmişdi. Bütün bunların Abbas Abbasovun vaxtilə hakimiyyətə münasibətdə davranışı ilə bağlı olması barədə zaman-zaman mətbuatda xəbərlər gedib. Məhz bunlara görə son illərdə bir neçə dəfə A.Abbasov hakimiyyətin ünvanına xoş sözlər işlətməsinə, bir növ “əfv” ediləməsinə baxmayaraq, iqtidar keçmiş kadrını bağışlamamaqda israrlı görünür. strateq.az,” -Həmin vaxt Nadir Abbasovla bağlı çoxsaylı məqalələrin birində qeyd olunurdu.
Bütün bu məlumatlar bizi də maraqlandırdığı üçün araşdırma aparmaq qərarına gəldik. Çox müəmmalı məsələ odur ki, Rambo Yakubov 40 ilə yaxın Mərkəzi Univermağın teleradio aparatları satışı şöbəsinin müdiri vəzifəsində çalışıb. El arasında Rambo Yakubov o vaxtın milyonçularından biri kimi tanınıb. Oğlu Marif Yakubov isə onun varisi olaraq zərgərlik mağazalarının sahibidir. Maraqlıdır ki, 1995-ci ildə Rambo Yakubov oğurlanıb, üstündən 22 il keçəndən sonra isə, nəvəsi Olesya Yakubova Zirəddin Rzayevin adından onunla danışan bir qrup cinayətkar dəstə tərəfindən aldadılaraq Moskvaya çağırılıb.
Bizim məqsədimiz bu yazımızla oxucuları xəbərdar etməkdir. Qoy onlar sosial şəbəkələrdə kimlərləsə yazışanda, sonda Olesya Yakubova kimi aldanaraq, cinayətkar dəstənin hiyləsinə uyub tora düşməsinlər.
Və nədənsə şübhələndikləri halda çəkinmədən təcili hüquq mühafizə orqanlarına müraciət etsinlər.

365info.az

Şərhlər

XƏBƏR LENTİ