XalqXəbər.Az

XalqXeber.Az » Gündəm » KOBİA: Cənubi Qafqaz regionunda vençur kapitala və mələk investisiyalara ehtiyac var

KOBİA: Cənubi Qafqaz regionunda vençur kapitala və mələk investisiyalara ehtiyac var

KOBİA: Cənubi Qafqaz regionunda vençur kapitala və mələk investisiyalara ehtiyac var
Bu gün, 12:32

Hazırda Cənubi Qafqaz regionunda vençur kapitala və mələk investisiyalara ehtiyac var.

Bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Qara Dəniz Ticarət və İnkişaf Bankının Rəhbərlər Şurasının 28-ci İllik Toplantısı çərçivəsində keçirilən biznes forumda deyib.

Onun sözlərinə görə, kapitala əsaslanan maliyyə alətləri də eyni dərəcədə vacibdir: "Bunlara vençur kapitalı, birbaşa investisiya fondları (private equity) və mələk investisiyalar (angel investment) daxildir. Bu alətlər regionumuzda hələ də kifayət qədər inkişaf etməyib. Lakin onlar ixrac potensialına malik innovativ və yüksək artım nümayiş etdirən şirkətlərin dəstəklənməsində mühüm rol oynaya bilər. Təbii ki, təkcə maliyyələşmə kifayət deyil. Güclü tərəfdaşlıqlar da eyni dərəcədə vacibdir. Hökumət, dövlət bankları, dövlət qurumları, biznesə dəstək təşkilatları, Ticarət və Sənaye Palatası, digər biznes assosiasiyaları və özəl sektor birlikdə çalışaraq kiçik və orta biznesə yalnız maliyyə deyil, həm də texniki dəstək və mentorluq təqdim etməlidir".

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.