İqtisadçı-ekspert “İstanbul Hospital”ı İTTİHAM EDİR! - TƏFƏRRÜAT
Son illər Azərbaycanda estetik cərrahiyyə sahəsində nəzarətsizlik artmaqdadır. Bu sahədə ixtisası, lisenziyası və peşə səlahiyyəti şübhə doğuran şəxslərin fəaliyyəti artıq ictimai təhlükə xarakteri almağa başlayıb. Təəssüf ki, bəzi hallarda bu müdaxilələr ağır sağlamlıq problemləri və hətta ölüm hadisələri ilə nəticələnir.
Estetik müdaxilələr sırf kommersiya xidməti kimi təqdim olunsa da, bu, tibbi prosedurdur və yüksək peşəkarlıq tələb edir. Mövcud vəziyyət göstərir ki:
• Lisenziyalaşdırma və ixtisas yoxlanışı mexanizmləri yetərincə effektiv deyil;
• Klinikalarda məsuliyyət bölgüsü qeyri-şəffafdır;
• Pasiyentlərin hüquqi müdafiə mexanizmləri zəif işləyir;
• Fəsad hallarında sübutetmə və məsuliyyətin müəyyən edilməsi çətinləşir.
Bu məsələ ilə bağlı redaksiyamıza müraciət edənlər az deyil. Onlardan biri də iqtisadçı-ekspert Bella Bəşirovadır. Bella xanım deyir:
– 2020-ci ildə “İstanbul Hospital” klinikasında mənə orada guya estetik cərrah kimi çalışan, lakin əslində cərrah ixtisası olmayan Zeynəb Məhərrəmova adlı şəxs (sonradan öyrəndim ki, həmin klinikada sadəcə otaq icarəyə götürübmüş) gözüstü blefaroplastika əməliyyatı (göz qapağında aparılan cərrahi müdaxilə) icra etmişdi.
Əməliyyatdan sonra hər iki göz nahiyəsində ciddi çapıq izləri və fəsadlar yarandı. Mən məsələ ilə bağlı şikayət etdikdən sonra həmin şəxs məni tanımadığını və əməliyyatı icra etmədiyini bildirdi. Klinika da həmin iftiraya şərik olub əməkdaşının tərəfini saxlayır… Məsələyə artıq hüquqi müstəvidə baxılır və proses davam edir.
Şikayətçi bu hadisənin onun üçün həm fiziki, həm də psixoloji baxımdan ağır nəticələr doğurduğunu bildirir. Lakin məsələ yalnız şəxsi problem deyil. Bu, sistem nəzarətsizliyinin göstəricisidir. Bella Bəşirova məqsədinin ictimai diqqəti problemə yönəltmək olduğunu deyir.
Sağlamlıq sahəsində məsuliyyət və şəffaflıq təmin olunmalıdır. Tibbi xidmət kommersiya obyekti deyil, insan həyatı ilə birbaşa bağlı olan strateji sahədir. Cəmiyyət olaraq biz nəzarət mexanizmlərinin gücləndirilməsini, lisenziyalaşdırmanın şəffaf aparılmasını və pasiyent hüquqlarının real müdafiəsini tələb etməliyik.
Referans MEDİA

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub