Rusiya Ukraynaya ballistik raket və 112 PUA ilə hücum edib

Rusiya fevralın 14-ə kecən gecə Ukraynaya "İskəndər-M" ballistik raketi və müxtəlif istiqamətlər üzrə 112 zərbə dronu ilə hücum edib.
Bu barədə "Report" Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin Telegram sosial şəbəkəsindəki məlumatına istinadən xəbər verir.
Hərbçilərin məlumatına görə, hücum fevralın 13-ü saat 18:30-dan fevralın 14-ü səhərədək Rusiya tərəfindən həyata keçirilib.
Qeyd olunur ki, buraxılan dronların təxminən 70-i "Şahed"lərdir.
"Hava hücumu aviasiya, zenit-raket qoşunları, Radioelektron Mübarizə (REM) və pilotsuz sistemlər bölmələri, Ukrayna Müdafiə Qüvvələrinin mobil atəş qrupları tərəfindən dəf edilib", - məlumatda deyilir.
İlkin məlumatlara görə, şənbə günü saat 08:30-a olan vəziyyətə əsasən, hava hücumundan müdafiə vasitələri ilə "Shahed", "Gerbera", "İtalmas" və digər tipli 91 Rusiyaya məxsus dronu zərərsizləşdirilib. XalqXeber.Az

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub