“Bona Dea” Hospitalında tibb təhsili olmayanlar çalışırmış…
Bakının məşhur özəl klinikalarından olan “Bona Dea” klinikasının tibb təhsili və sertifikasiya şəhadətnaməsi olmayan şəxsləri çalışdırdığı məlum olub.
Sözügedən klinikaya buna görə cərimə protokolu yazılıb. Belə ki, “Bona Dea” İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxslərin praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
Klinika ilə bağlı iş baxılması üçün Nizami rayon Məhkəməsinə göndərilib. Bu gün – 6 yanvar tarixində, saat 15:30-da hakim Nəriman Mehdiyevin sədrliyi ilə işə baxılacaq.
Xatırladaq ki, “Bona Dea” hospital 2018-ci ildən Azərbaycanda fəaliyyət göstərir. Hospital iş adamı Faiq Əliyevin biznesinin bir hissəsidir. Hospitalın baş icraçı direktoru Faiq Əliyev özü, hospitalın baş həkimi isə Musa Abbasovdur.
Qarşı tərəfi dinləməyə hazırıq. Tribuna.az

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb