Heydər Əliyev Fondunun vitse-prezidenti Omanın birinci xanımı ilə görüşüb
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Maskat şəhərində Oman Sultanlığının birinci xanımı Ülyahəzrət Sayyida Ahad bint Abdullah bin Hamad Al Busaidiyah ilə görüşüb.
Leyla Əliyevanı Omanda görməkdən məmnunluğunu bildirən Sayyida Ahad bint Abdullah bin Hamad Al Busaidiyah onun ictimai fəaliyyətinin Azərbaycanla yanaşı, bir çox ölkələrdə, o cümlədən Körfəzin ərəb ölkələrində yüksək qiymətləndirildiyini vurğulayıb.
Omanın birinci xanımı Heydər Əliyev Fondunun vitse-prezidentinin ətraf mühitə, incəsənətə, mədəniyyətə, eyni zamanda xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstəyi, xeyriyyə aksiyalarında yaxından iştirakı barədə məlumatlı olduğunu bildirib.
O, həmçinin Azərbaycanda sənətkarlıq, xalçaçılıq, toxuma sənəti barədə də zəngin məlumatının olduğunu deyib.
Bu ölkədə olmağından məmnunluğunu bildirən Leyla Əliyeva görüşə, göstərilən diqqət və qayğıya görə təşəkkürünü ifadə edib. Heydər Əliyev Fondunun vitse-prezidenti Omana ilk dəfə səfər etdiyini vurğulayaraq, bunun ölkələrimizin mədəniyyət, incəsənət, xalçaçılıq, toxuculuq kimi sahələrdə fəaliyyət göstərən qurumları arasında gələcək əlaqələrə təkan verəcəyinə əminliyini bildirib.
Azərbaycanın xalçaçılıq və toxuculuq sahələrində zəngin ənənəsinin olduğunu bildirən Leyla Əliyeva bu xüsusda təcrübə mübadiləsinin önəminə toxunub.
Söhbət zamanı Azərbaycanla Oman arasında qeyd edilən sahələrdə birgə layihələrin işlənib hazırlanması barədə razılıq olunub.

XalqXeber.Az

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb