Nəsimi rayonunda qanunsuz tikintiləri kim himayə edir? -Video
Bakının mərkəzi rayonlarından sayılan Nəsimi rayonunda qanunsuz tikintilərin aparılması barədə zaman-zaman yazılıb.
İlginc məqam budur ki, ən ucqar ərazilərdə – yaşayış məntəqələrində aparılan hər hansı tikinti işindən anında xəbər tutan, hərəkətə keçən müvafiq strukturlar Nəsimi rayonunda aparılan qanunsuz tikinti işlərinə müdaxilə etmirlər.
Xəbər verdiyimiz kimi Nəsimi rayonu qanunsuz tikinti meydançasına çevrilib, və binalarını zirzəmilərində müxtəlif obyektlər tikilir.
Xalq məlumat verir ki, Nəsimi rayonu Alı Musatfayev küçəsi 9 ünvanında binanın zirzəmisndə tikinti işi də hansısa yüksək vəzifəli məmurun himayə etdiyi tikintilərdən biridir. Çünki bu ərazidə aparılan tikinti işi normativlərə uyğun deyil.
Sakinlər bildirirlər ki, dəfələrlə aidiyyatı orqanlara müraciət ediblər, lakin heç bir qurum ciddi reaksiya verməyib. Yaşayış binasının əsas beton konstruksiyası ləğv edilərək qanunsuz obyekt üçün tikinti aparılır.
Bəs bu tikintini himayə edən kimdir?
Ötən il keçirilən parlament seçkilərində Nəsimi rayon İcra Hakimiyyətinin başçısı olan Asif Əsgərov deputat seçildiyi üçün bu vəzifədən azad edilib. İcra başçısı səlahiyyətlərini müvəqqəti müavin icra edir. İcra Hakimiyyətində tikintilərə məsul şəxslərdən bu məsləyə münasibət öyrənmək mümkün olmadı.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bazasında isə binanın zirzəmisində aparılna işlərlə bağlı heç bir məlumat yoxdur.(Xalq)
Qurumların mövqeyini dərc etməyə hazırıq.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...