Azərbaycan Özbəkistanda ticarət nümayəndəliyi açacaq
Azərbaycan və Özbəkistan gələn həftə iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasının keçirilməsini planlaşdırıb.
Bunu Azərbaycan iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev IV Daşkənd Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən "Azərbaycan – Özbəkistan: iqtisadi tərəfdaşlıq vektoru" panel sessiyasında bildirib.
Onun sözlərinə görə, Hökumətlərarası Komissiya böyük əhəmiyyət kəsb edir, çünki ölkələr arasında iqtisadi əməkdaşlığın inkişafına töhfə verən bir alətdir.
"Gələn həftə Hökumətlərarası Komissiyanın iclasını keçirməyi planlaşdırırıq. Bundan əlavə, təxminən 500 milyon ABŞ dolları kapitalı olan birgə İnvestisiya Fondu da vacib alətlərdən biridir. Fondun müşahidə şurasının çərçivəsində Azərbaycan və Özbəkistan nümayəndələri artıq 12 konkret layihəni qeyd ediblər. Əməkdaşlığımız üçün əlavə institusional mexanizm kimi biz Özbəkistanda ticarət nümayəndəliyi yaradacağıq. Bu, Azərbaycanın dünya üzrə altıncı ticarət nümayəndəliyi olacaq və əlavə impuls verəcək", - E.Əliyev bildirib.

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub