“McDonalds”da burgerin əti iylənir….-Şikayət
“İstifadə etdikləri ət iylənir, verdikləri içkidən tük çıxır”.
Müştəriləri sosial şəbəkədə “McDonald’s Azərbaycan”dan şikayət ediblər.
Belə ki, müştərilərdən biri “McDonald’s”da yediyi kartof frinin duzunun olmamasından şikayətlənib:
“McDonald’s”ın “Neftçilər” filialına duz alan yoxdur, deyəsən. Niyə belə edirlər ki? Duzu evlərindən gətirirlər deyə qənaət edirlər?”
Digər müştərilərin yazdığına görə, eyni hal Sumqayıt, Nərimanov və “Tarqovu”dakı filiallarda da yaşanır. Kartof friyə duz vurulmur.
Digər bir müştəri “McDonald’s”dan aldığı “burger”in içindəki ətin iylənmiş olduğunu bildirib:
“McDonalds”da keyfiyyətli heçnə yoxdu.Keçən dəfə burgeri test etdim.İylənmiş ətə soğan vurub çörəyin arasına qoyublar. Bir dənə də 0,05 mikron ola, ya olmaya xiyar turşusu”
Başqa bir müştərinin iddiasına görə isə “McDonald’s”da içdiyi “Fanta”nın içindən tük çıxıb: “Bugün də Əhmədli filialında Fantanın içindən tük çıxdı”./SAVASHMEDİA.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...