Vialon” MMC sakinlərlə razılaşmadan söküntü aparır - VİDEO
Kubinka”da “Vialon” MMC sakinlərlə razılaşmadan söküntü işləri aparır.
Real TV sözügedən ərazidən süjet hazırlayıb.
Əlibəy Hüseynzadə və Ağadadaş Qurbanov küçələrinin kəsişməsində yerləşən binanın sakinləri bildirib ki, şirkətin işçiləri söküntü zamanı təhlükəli vəziyyət yaradır: “Bu şirkətə görə uşaqlarımı həyətə çıxara bilmirəm. Çünki uşaqlar olduğu halda belə daşları 4-cü mərtəbədən aşağı atırlar. Hər yer təhlükəlidir, qəzalı vəziyyətdədir”.
Vətəndaşların sözlərinə görə, şirkətin söküntü üçün icazəsi yoxdur: “Onların sənədi, rəsmi icazəsi belə yoxdur. İki ildir buradayam, evimi satmaq fikrim yoxdur. Şirkət bizimlə heç bir razılaşma əldə etməyib”.
Məsələ ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, “Vialon” şirkəti tərəfindən həmin ərazidə məktəb tikintisi nəzərdə tutulub: “Bu işlər vətəndaşlarla qarşılıqlı razılaşma əsasında aparılmalıdır. Tərəfimizdən dəfələrlə sərəncamda göstərilmiş razılaşma şərtlərinə əməl olunması ilə bağlı “Vialon” şirkətinə rəsmi xəbərdarlıqlar edilib. Şirkətə vətəndaşlarla tam razılaşma aparıldıqdan sonra söküntü işlərininin başlanması tövsiyə olunub”.(Real TV)

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...