XalqXəbər.Az

XalqXeber.Az » Gündəm » Azərbaycan səfiri Belarusun Ticarət-Sənaye Palatasının sədri ilə görüşüb

Azərbaycan səfiri Belarusun Ticarət-Sənaye Palatasının sədri ilə görüşüb

Azərbaycan səfiri Belarusun Ticarət-Sənaye Palatasının sədri ilə görüşüb
26-04-2025, 11:43

Azərbaycanın Belarusdakı səfiri Məhərrəm Əliyev Belarusun Ticarət-Sənaye Palatasının sədri Mixail Myatlikovla görüşüb.
Bu barədə Azərbaycanın Belarusdakı səfirliyinin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
"Görüş çərçivəsində tərəflər əsas sektorlarda biznes tərəfdaşlığının gücləndirilməsi məsələlərini müzakirə edib. Bununla yanaşı, Belarus şirkətlərinin nümayəndələrinin Azərbaycana qarşıdakı səfərinin proqramı, Bakıda keçiriləcək biznes forumun təşkili, azərbaycanlı həmkarlarla B2B formatında görüşlər, birgə layihələr üzrə danışıqlar barədə ətraflı fikir mübadiləsi aparılıb", - paylaşımda qeyd edilib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.