Sabunçu rayonunda qanunsuz tikintiyə kim icazə verib? -Video-Foto
Sabunçu rayonunda qanunsuz tikinti işləri aparılır.
Paytaxtın Sabunçu rayonu ərazisində bəzi işbazlar qanunsuz tikinti işləri aparırlar. Aparılan tikinti işlərinə icazənin isə rayon icra hakimiyyətindən verildiyi hər kəsə məlumdur.
Sosial şəbəkələrdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Bəşir Bünyadov küçəsində daha bir qanunsuz obyektin inşa edilməsi görüntüləri yayımlanıb. Həmin məlumatda iddia olunur ki, qısa zamanda inşa edilən obyektin tikintisinə “icazəni” Sabunçu İcra Hakimiyyətinin başçısı tərəfindən verilib.
Əldə etdiyimiz məlumata görə Sabunçu rayonunda qanunsuz tikinti işlərinə nəzarət və “icazə” icra hakimiyyətinin başçısının müavini rəhbərlik edir.
Qeyd edək ki, 2012-ci ildən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevdir.
Aparılan tikinti işləri ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətindən heç bir açıqlama almaq mümkün olmadı. Dövlət Şəhərsalma və Arxitektura Komitəsidəndə bu məsələyə münasibət bildirilmədi.(Xalq.az )
Qurumların mövqeyini dərc etməyə hazırıq. XalqXeber.Az







Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...