İki erməni deputatın toxunulmazlığı LƏĞV EDİLDİ

Ermənistan parlamentinin iki deputatının toxunulmazlığı ləğv edilib.
Ermənistanda parlament çoxluğu baş prokuror Anna Vardapetyanın vəsatətini təmin edilib.
Gizli səsvermə ilə deputatlar həmkarları Ovik Ağazaryan və "Mənim şərəfim var" müxalifət fraksiyasından olan deputat Taron Markaryana qarşı cinayət araşdırmasının başlanmasına icazə verib.
O.Ağazaryanın deputat ndan məhrum edilməsinin lehinə 65 deputat səs verib, əleyhinə isə səs verən olmayıb. T.Markaryanın deputat immunitetindən məhrum edilməsini 67 deputat dəstəkləyib, 2 nəfər bunun əleyhinə çıxıb.
Martın 26-dan parlamentdə baş prokuror Vardapetyanın O.Ağazaryana qarşı cinayət təqibinin başlanması ilə bağlı vəsatəti, martın 27-dən isə T.Markaryanla bağlı məsələ müzakirə edilir.
O.Ağazaryanla bağlı iş iki epizodu əhatə edir: birinci epizod üzrə o, başqa bir şəxsə saxta sənədlərlə mal-qaranın ixracını təşkil etməyi vəd edib. İxrac Qida Təhlükəsizliyi üzrə Müfəttişlik Orqanının vəzifəli şəxslərinə rüşvət verməklə həyata keçirilməli idi. O.Ağazaryan 150-200 baş mal-qaranın ixracını təşkil etmək üçün iş adamlarından 200-300 min dollar almaq niyyətində olub. İkinci epizoda əsasən, o, vətəndaş Aram Mkrtçyandan Açapnyakda 136 saylı məktəbin qəzalı vəziyyətdə olan binasının sökülməsini və ərazidə yaşayış binasının tikintisini təşkil etmək məqsədilə 23 min dollar və 300 min dram rüşvət tələb edib.
T.Markaryana gəlincə, ona qarşı müxtəlif illərdə çirkli pulların yuyulması, vəzifə səlahiyyətlərini aşma, torpaq sahələrinin mənimsənilməsi ilə bağlı müxtəlif maddələr üzrə ittiham irəli sürüləcək.
XalqXeber.Az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...