Naxçıvanın iqlimini əks etdirən xəritə hazırlanıb
Naxçıvan Muxtar Respublikasının (MR) iqlimini əks etdirən xəritə hazırlanıb.
Bunu jurnalistlərə açıqlamasında Naxçıvan MR ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev deyib.
Onun sözlərinə görə, qeyd olunan xəritə Naxçıvan Dövlət Universitetinin (NDU) Elmi-Texniki Şurasında (ETŞ) təsdiq edilib:
“Ötən ildən başlayaraq, muxtar respublika ərazisində qar-su ehtiyatlarının müəyyənləşdirilməsi, su resurslarının qiymətləndirilməsi məqsədilə Mərkəzin mütəxəssisləri tərəfindən dağlıq ərazilərdə qarölçmə işləri həyata keçirilib.
Eyni zamanda, yerüstü suların monitorinqi və nəzarətin təşkili həyata keçirilib, “SOMMER” cihazı vasitəsilə Əlincəçay, Naxçıvançay, Gilançay, Nürgütçay, Parağaçay, Vənəndçay, Küküçay və Araz çayının Culfa hidroloji məntəqəsinə aid olan hissəsindən ayda 3 dəfə olmaqla, 10 gündən bir suyun sərfi ölçülüb, su nümunələri götürülərək laboratoriyada analizlər aparılıb”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...