Azərbaycan və Türkiyənin energetika nazirləri İğdır-Naxçıvan qaz kəmərinin açılışında iştirak edəcəklər

Azərbaycan və Türkiyənin energetika nazirləri Pərviz Şahbazov və Alparslan Bayraktar İğdır-Naxçıvan qaz kəmərinin istifadəyə verilməsi mərasimində iştirak etmək üçün Türkiyənin İğdır şəhərində səfərdədirlər.
Bu barədə A.Bayraktar “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“Azərbaycanın energetika naziri Pərviz Şahbazovla birlikdə biz İğdır-Naxçıvan qaz kəmərinin açılış mərasimində iştirak üçün sərhəd yaxınlığındakı İğdır şəhərindəyik ”, - paylaşımda qeyd olunub.
A.Bayraktar vurğulayıb ki, səfər şəhərin valisi Erkan Turanın ofisini ziyarətlə başlayıb: “Biz bu strateji layihədə şəhərimizin rolunu, eləcə də İğdırın enerji ehtiyaclarını müzakirə etdik”.
Qeyd edək ki, İğdır-Naxçıvan qaz boru kəmərinin İğdırdan Naxçıvan Muxtar respublikasının Sədərək rayonuna qədər uzunluğu 97,5 kilometr təşkil edir. Kəmərin Azərbaycan hissəsinin uzunluğu 17,5 kilometr, Türkiyə hissəsinin uzunluğu isə 80 kilometrdir. Boru kəməri gündəlik 2 milyon kubmetr, ildə isə 730 milyon kubmetr qaz ötürmək qabiliyyətinə malikdir ki, bununla da Naxçıvanın təbii qaza tələbatı tamamilə ödəniləcək. XalqXeber.Az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...